ƏLYAZMALAR YANMIR

ISSN:2410-5600
ISSN-L:2663-998X

"Əlyazmalar yanmır" jurnalı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşr etdiyi beynəlxalq elmi jurnaldır. Jurnal 2014-cü ildə İnstitutun Elmi Şurasının qərarı ilə təsis olunmuş, 13.01.2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Mətbu nəşrlərin reyestri"nə daxil edilmişdir (Reyestr №3940).

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 31.03.2017-ci il tarixli (Protokol № 06-R) qərarı ilə "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın filologiya elmləri bölməsinə daxil edilmişdir.

"Əlyazmalar yanmır" jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalda əyazmaşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, dilçilik, elm tarixi, folklor, ədəbiyyat nəzəriyyəsi, Azərbaycan ədəbiyyatı, əlyazmaların qorunması və s. ilə bağlı məqalələr dərc olunur.