OXŞAR XƏBƏRLƏR:
NƏSİB GÖYÜŞOV - 70
09.05.17. Oxunma sayı: 1 004 YUBİLEYLƏR, ƏLAMƏTDAR TARİXLƏRAzərbaycanın tanınmış şərqşünas - əlyazmaşünas və ədəbiyyatşünas alimi filologiya üzrə elmlər doktoru Nəsib Göyüşovun 70 yaşı tamam olur. O, 1947-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1970-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirən N.Göyüşov həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda müxtəlif vəzifələrdə işləmiş, hazırda isə “Farsdilli əlyazmalar” şöbəsinin müdiridir. O, 1981-ci ildə iki ixtisas (“Türk dilləri” və “İran dilləri”) üzrə namizədlik dissertasiyası müdafiə etmiş, 2010-cu ildə isə “Füzulinin sənət və mərifət dünyası” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi almışdır.
15 kitab və 130-dan çox elmi məqalənin müəllifi olan N.Göyüşov Türkiyə, İran, Kipr, Moskva və Sankt-Peterburqda keçirilən beynəlxalq konfranslarda iştirak edib. Alimin xaricdə bir kitabı və 10 məqaləsi nəşr edilib. N.Göyüşov farsdilli əlyazmaların elmi təsviri və kataloqlaşdırılması, yazılı abidələrin tədqiqi və nəşri, Orta əsrlər farsdilli və türkdilli ədəbiyyat, müsəlman Şərq xalqlarının mədəniyyət və ədəbiyyatı tipologiyası, Şərq ədəbiyyatı nəzəriyyəsi və poetikası, sufizm, sufi ədəbiyyatı və simvolikası, islam mistisizmi və onun bədii təfəkkürlə əlaqəsi sahəsində böyük xidmətləri olan alimdir. Bundan əlavə o, sufizm və klassik müsiqi nəzəriyyəsinə aid bir sıra yazılı abidələrin fars dilindən Azərbaycan dilinə akademik tərcüməsi sahəsində səmərəli fəaliyyət göstərmişdir.
Alimin müxtəlif illərdə “Füzulinin sənət və mərifət dünyası”, “Xalq təbabəti xəzinəsindən” və s. kitabları nəşr olunmuş və böyük rəğbətlə qarşılanmışdır.
Filologiya üzrə elmlər doktoru Nəsib Göyüşovun gənc elmi kadrların hazırlanması, farsdilli əlyazma abidələrinin kataloqlaşdırılması işində mühüm xidmətləri vardır.
Görkəmli şərqşünas - əlyazmaşünas alim Nəsib Göyüşovu AMEA-da çalışan bütün həmkarlarının və “Əlyazmalar yanmır” jurnalının yaradıcı heyətinin adından 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları və möhkəm cansağlığı diləyirəm.
02.10.17
CAHANGİR QƏHRƏMANOV - 90
02.10.18
AKADEMİK TEYMUR KƏRİMLİ-65
07.05.18
HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
14.03.18
YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA