XVIII ƏSR AZƏRBAYCAN ŞAİRİNİN ANA DİLİMİZDƏ ŞEİRLƏRİ AŞKARLANIB » Əlyazmalar İnstitutu



XVIII ƏSR AZƏRBAYCAN ŞAİRİNİN ANA DİLİMİZDƏ ŞEİRLƏRİ AŞKARLANIB

21.09.18. Oxunma sayı: 945 YENİ DAXİLOLMALAR
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov indiyədək adı ədəbiyyat tariximizə düşməmiş XVIII əsr Azərbaycan şairi Mir Fəttah Marağayinin anadilli şeirlərini aşkar edib. Mir Fəttah Marağayi dövrünün görkəmli mütəsəvvif alimi, Marağa şəhərinin şeyxülislamı, Səfəvi hökmdarı Sultan Hüseynin müasiri olmuş, 1761-ci ildə Kərim xan Zəndin hakimiyyəti dövründə vəfat etmişdir. Onun ədəbi irsinə "Riyazül-fütuh" və "Saqinamə" adlı məsnəviləri, eləcə də, şeirləri daxildir. Şair ana dilindəki şeirlərini "Fəttah", farsca şeirlərini "İşraq" təxəllüsü ilə yazmışdır. Mir Fəttah Marağayinin Məclis kitabxanasından surəti əldə edilmiş 77 vərəq həcmindəki anadilli şeirləri Kərbəla hadisələrinə həsr edilmiş, yüksək bədiiliyi ilə seçilən sadə dildə yazılmış məsnəvilərdir.


OXŞAR XƏBƏRLƏR:

16.07.18 XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla