ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI YUNESCO-NUN 30 İLLİYİ MÜNASİBƏTİ İLƏ TƏŞKİL OLUNMUŞ VEBİNARDA İŞTİRAK EDİBLƏR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI YUNESCO-NUN 30 İLLİYİ MÜNASİBƏTİ İLƏ TƏŞKİL OLUNMUŞ VEBİNARDA İŞTİRAK EDİBLƏR

26.11.22. Oxunma sayı: 76 TƏDBİRLƏR
24 noyabr 2022-ci il tarixində Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun təşkilatçılığı ilə YUNESKO-nun “Dünya yaddaşı” proqramı beynəlxalq reyestri çərçivəsində “Soğd yazılı abidələri” çoxmillətli nominasiyasının inkişafına dair regional strategiya” istiqamətində vebinar keçirilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələrin alimlərinin qoşulduğu onlayn proqramda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova, həmin şöbənin elmi işçisi Əsmər Hümbətli, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnulla və Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Xoşqədəm Mirzəyeva iştirak ediblər.
Vebinarda Daşkənd Dövlət Şərqşünaslıq İnstitunun professoru Mirsadiq İsaqov, Ermitaj Dövlət Muzeyinin əməkdaşı dr.Pavel Lurye, Berlin-Brandenburq Humanitar Elmlər Akademiyasının əməkdaşı dr.Əlişir Beqmatov, “Soqd toplusu” elmi jurnalının redaktoru, professor Şəmsəddin Kəmaləddin və Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun əməkdaşı Əlişir İkramov çıxış etmiş və iştirakçılara mövzuya dair yekun tövsiyələrini vermişdilər.
Qeyd edək ki, vebinarın keçirilməsində əsas məqsəd YUNESKO-nun “Dünya yaddaşı” proqramı beynəlxalq reyestrində çoxmillətli nominasiyanın inkişafına dair regional əməkdaşlıq şəbəkəsinin yaradılmasıdır.


OXŞAR XƏBƏRLƏR:

02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
01.05.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla