ÖZBƏKİSTANIN TANINMIŞ ELM ADAMLARI ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ÖZBƏKİSTANIN TANINMIŞ ELM ADAMLARI ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR

22.11.22. Oxunma sayı: 49 BEYNƏLXALQ ƏLAQƏLƏR
21 noyabr 2022-ci il tarixində Özbəkistanın tanınmış elm adamları – Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun Filologiya kafedrasının müdiri, fil.e.d., professor Ziba xanım Qabilova, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, fil.e.d., professor Nurbay Cabbarov, Özbəkistan Elmlər Akademiyası Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d., dosent Gülnaz Sattarova, Mirzə Uluğbəy adına Özbəkistan Milli Universitetinin dosenti, fil.ü.f.d. Şəhla xanım Cabbarova, Urgənc Dövlət Universitetinin Filologiya kafedrasının müdiri, fil.e.d., professor Dilşad Qayıbov, həmin universitetin müəllimləri – fil.ü.f.d. İsaqcan İsmayılov və fil.ü.f.d. Moyibə Atamuradova AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.
Qonaqları İnstitutun Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Lamiyə Rəhimova və Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyeva qarşılayıb, onlara Əlyazmalar İnstitutunda mühafizə olunan yazılı abidələr, həmçinin qədim və orta əsrlər özbək müəlliflərinin əsərlərinin əlyazmaları, institutda Özbəkistanla bağlı aparılan elmi tədqiqat işləri haqqında məlumat veriblər.
Daha sonra İnstitutun Beynəlxalq Elmi-mədəni əlaqələr şöbəsinin əməkdaşları qonaqları İnstitutun Ekspozisiya zalında nümayiş olunan nadir eksponatlar və əlyazma nüsxələri ilə tanış ediblər.
Qeyd edək ki, qonaqlar həmçinin İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, fil.e.d. Nailə Səmədova ilə görüşüb, alimin anası, görkəmli şərqşünas, Əməkdar mədəniyyət işçisi, fil.e.d., professor Cənnət Nağıyeva ilə bağlı xatirələri ilə bölüşüblər.


OXŞAR XƏBƏRLƏR:

06.04.22 ÖZBƏKİSTANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
09.06.20 ƏLYAZMALAR İNSTİTUTU İLƏ ÖZBƏK-ÇİN İNSTİTUTU ARASINDA QARŞILIQLI ANLAŞMA VƏ ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
21.02.19 ƏLYAZMALAR İNSTİTUTU İLƏ BEYNƏLXALQ TÜRK-QAZAX UNİVERSİTETİ ƏMƏKDAŞLIQ EDƏCƏK
20.02.19 YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla