“XƏTİB TƏBRİZİ – AZƏRBAYCAN MƏTNŞÜNASLIĞININ ÖN SÖZÜ” MONOQRAFİYASI NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


“XƏTİB TƏBRİZİ – AZƏRBAYCAN MƏTNŞÜNASLIĞININ ÖN SÖZÜ” MONOQRAFİYASI NƏŞR OLUNUB

14.11.22. Oxunma sayı: 61 NƏŞRLƏR
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zəkiyyə Babayeva-Əbilovanın müəllifi olduğu “Xətib Təbrizi – Azərbaycan mətnşünaslığının ön sözü” adlı monoqrafiya işıq üzü görüb.
Monoqrafiyada XI əsrin görkəmli şəxsiyyəti, Azərbaycanın böyük mətnşünas alimi, şairi, dil və ədəbiyyat bilicisi Yəhya ibn Əli bin Məhəmməd Şeybani Məkki əbi Zəkəriyyə Xətib Təbrizinin VIII əsr ərəb şair və dilçisi əl-Mufaddal əd-Dabbinin “əl-İxtiyarat” antologiyasına yazdığı şərh tədqiq olunur. “Şərhu-İxtiyaratil-Mufaddal” adlanan əsərin Xətib Təbrizinin əli ilə yazılmış, Tunis Respublikasının Milli Kitabxanasında mühafizə olunan avtoqraf nüsxəsi Azərbaycanda ilk dəfə olaraq tədqiqata cəlb edilmiş, elmi-paleoqrafik xüsusiyyətləri araşdırılmış, antologiyaya daxil edilmiş şairlərin və onların qəsidələrinin sayı müəyyənləşdirilmişdir. Monoqrafiyada əsərin digər əlyazma, eləcə də çap nüsxələri barədə məlumatlar yer alır.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru və ön sözün müəllifi akademik Rafael Hüseynov, elmi məsləhətçisi fil.e.d., professor Malik Mahmudov, rəyçiləri fil.ü.e.d., professor Kamandar Şərifov və fil.e.d., professor Aida Qasımova, korrektoru fəl.ü.f.d., dosent Rübabə Şirinova, xülasəni ingilis dilinə çevirən isə tərcüməçi Səmra Tahirovadır.
OXŞAR XƏBƏRLƏR:

20.09.22 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALININ YENİ SAYLARI NƏŞR OLUNUB
04.04.22 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALININ YENİ SAYI ÇAPDAN ÇIXIB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla