“GƏNCƏNİN ZƏFƏR ELÇİLƏRİ” ADLI KİTAB NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


“GƏNCƏNİN ZƏFƏR ELÇİLƏRİ” ADLI KİTAB NƏŞR OLUNUB

27.09.22. Oxunma sayı: 299 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərovanın hazırladığı “Gəncənin zəfər elçiləri” adlı kitab işıq üzü görüb.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali baş komandan İlham Əliyevin27 sentyabr tarixinin ölkəmizdə Anım günü kimi qeyd olunması haqqında müvafiq sərəncamından irəli gələrək çap olunan yeni nəşr 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün canını fəda edən 27 Gəncə sakini haqqındadır. Kitabda ana yurdunu şirin canından əziz tutan 27 şəhidin tərcümeyi-halı, şərəfli döyüş yolu, igidlik və qəhrəmanlıq tarixçəsi öz əksini tapıb.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan bu kitabın elmi redaktoru Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova, rəyçisi həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.
OXŞAR XƏBƏRLƏR:

20.09.22 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALININ YENİ SAYLARI NƏŞR OLUNUB
04.04.22 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALININ YENİ SAYI ÇAPDAN ÇIXIB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla