ŞƏMSƏDDİN ŞƏMSİNİN “DƏH MÜRĞ” POEMASININ ƏLYAZMA NÜSXƏLƏRİ ƏLDƏ OLUNUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ŞƏMSƏDDİN ŞƏMSİNİN “DƏH MÜRĞ” POEMASININ ƏLYAZMA NÜSXƏLƏRİ ƏLDƏ OLUNUB

26.09.22. Oxunma sayı: 68 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov indiyədək ədəbiyyat tariximizə məlum olmayan, Şəmsəddin Şəmsi və ya Dərviş Şəmsi adı ilə tanınmış, XV-XVI əsr Azərbaycan şairinin "Dəh Mürğ" ("On quş") poemasının 5 əlyazma nüsxəsini əldə edib.
Təzkirələrdə verilən məlumata görə şair Azərbaycanda doğulmuş, sonralar Türkiyəyə köçmüşdür. Əsər əvvəlcə Osmanlı imperatoru Sultan Səlimə, onun ölümündən sonra isə düzəlişlər edilərək Sultan Süleyman Qanuniyə ithaf edilmişdir. Fəridəddin Əttarın "Məntiq üt-teyr" poemasının təsiri ilə Azərbaycan dilində yazılmış bu əsərin əlyazmalarının surətlərinin ikisi Paris Milli Kitabxanasından, biri ABŞ Konqres kitabxanasından, biri İstanbul Universiteti kitabxanasından, biri isə Almaniyanın Leypsiq Universiteti kitabxanasından əldə olunub.
Əldə olunan əlyazmaların elektron versiyası ilə İnstitutun Oxu zalında tanış olmaq mümkündür.


OXŞAR XƏBƏRLƏR:

27.05.22 TARİX ELMLƏRİ DOKTORU, PROFESSOR HƏSƏN HƏSƏNOVUN AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNA BAĞIŞLADIĞI, XIV YÜZİLLİKDƏ TƏRTİB OLUNMUŞ ENSİKLOPEDİK “SƏFİNEYE-TƏBRİZ” ƏSƏRİ HAQQINDA
25.11.19 NƏSİMİ ARDICILI SÜRURİNİN DİVANININ AVTOQRAF NÜSXƏSİ AŞKAR EDİLİB
21.01.19 NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB
13.11.18 ƏLYAZMALAR İNSTİTUTU “ƏCAİB ƏL-MƏQDUR” ƏSƏRİNİN DİLİMİZƏ TƏRCÜMƏSİNİN SURƏTİNİ ƏLDƏ EDİB
21.09.18 XVIII ƏSR AZƏRBAYCAN ŞAİRİNİN ANA DİLİMİZDƏ ŞEİRLƏRİ AŞKARLANIB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla