ƏLYAZMALAR İNSTİTUTUNUN BAŞ DİREKTORU “TƏZKİRƏTÜŞ-ŞÜƏRA” KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN BAŞ DİREKTORU “TƏZKİRƏTÜŞ-ŞÜƏRA” KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ İŞTİRAK EDİB

22.09.22. Oxunma sayı: 33 TƏDBİRLƏR
21 sentyabr 2022-ci il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında XV əsr ədəbiyyatşünası Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının təqdimat mərasimi və müzakirəsi keçirilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin əməkdaşları, Milli Məclisin komitə sədri Eldar İbrahimov, hər iki ölkədən ədəbiyyatşünas alimlərin iştirak etdiyi təqdimat mərasimində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli də çıxış edib. Alim öz nitqində təzkirəçilik ənənəsinin ilk dəfə XIII əsrdə türk alimin təzkirəsi ilə başladığını, təzkirəçiliyin türk təfəkkürünün məhsulu olduğunu qeyd edib, Dövlətşah Səmərqəndinin bir türk alimi olduğunu vurğulayıb. Bu əsərdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında da kifayət qədər məlumat verildiyini, məhz ona görə də ədəbiyyatşünaslarımızın bu mənbəyə dəfələrlə mötəbər qaynaq kimi istinad etdiyini bildirib.
Mərasimdə həmçinin yeni nəşrin elmi redaktoru Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, fil.ü.e.d, professor Tərlan Quliyev və əsəri çapa hazırlayan, ön söz və bəzi qeydlərin müəllifi Əlyazmalar İnstitutunun Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Lalə Sultanova çıxış edib, təzkirənin nəşrə hazırlanması üzərində gedən iş prosesindən danışıblar.
Qeyd edək ki, təqdimatı keçirilən “Təzkirətüş-şüəra” kitabı VII-XV əsrlərdə yaşamış ən məşhur şairlərin həyat və yaradıcılığına həsr edilib. Təzkirədə həmin şairlərin yaşadığı siyasi dövr, tarixi hadisələr, müasirləri və digər tarixi şəxsiyyətlər haqqında geniş məlumatlar verilib. Yeni nəşrdə Azərbaycan əsilli şairlərdən və tarixi şəxsiyyətlərdən, həmçinin tariximizə aid bəzi məqamlardan da bəhs edildiyinə görə bu əsər Azərbaycan elmi üçün mühüm əhəmiyyət kəsb edir.
Əsəri farscadan tərcümə edən, ona müqəddimə, qeyd və şərhlər yazan texniki elmlər namizədi, dosent Əhmədağa Əhmədov, nəşrin elmi redaktorlarından biri fil.ü.e.d. Tahir Məhərrəmov, rəyçisi isə AMEA-nın müxbir üzvü, fil.ü.e.d., professor Nüşabə Araslıdır.




OXŞAR XƏBƏRLƏR:

23.11.21 “NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla