“ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALININ YENİ SAYLARI NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


“ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALININ YENİ SAYLARI NƏŞR OLUNUB

20.09.22. Oxunma sayı: 37 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının növbəti sayı çapdan çıxıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin baş redaktorluğu ilə nəşr olunan, “Ədəbiyyatşünaslıq”, “Tarixşünaslıq, Beynəlxalq əlaqələr”, “Dilçilik”, “Kitabxanaşünaslıq”, “Mənbəşünaslıq”, “Mətnşünaslıq” və “Yubileylər” rubrikalarının yer aldığı “Əlyazmalar yanmır” elmi məqalələr toplusunda bölmələr üzrə “Qövsi Təbrizi yaradıcılığının tədqiqi və nəşri tarixi barədə”, “Nəcəf bəy Vəzirov və Şuşa mühiti”, “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq elmi-mədəni əlaqələri: nəzəri məsələlər”, “Söz yaradıcılığı və reduplikasiya”, “Qədim Şuşanın kitab və kitabxana mədəniyyəti”, “Azərbaycan xalqının mədəni-mənəvi tarixində Cənub bölgəsinin yeri”, “Zikr və duada Allahın gözəl adları (Azərbaycan əlyazmaları əsasında)” və s. mövzularda məqalələr dərc olunub.
Filologiya üzrə elmlər doktoru, dosent Aybəniz Əliyeva-Kəngərlinin baş redaktorluğu ilə nəşr olunan “Elmi əsərlər” jurnalının yeni sayında isə ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq, tarix, muzeyşünaslıq, mətbuat, din, kitabxanaşünaslıq, kitabşünaslıq və biblioqrafiyaşünaslıq sahəsində “Yusif Vəzir Çəmənzəminlinin şəxsi arxivi”, “XIX əsr Azərbaycan ədəbiyyatının tədqiqatçısı”, “Tarixdə yaşayan xeyriyyəçi”, “Həsən bəy Zərdabi və “Əkinçi” qəzeti”, “Avtoqraflar danışır” və s. məqalələr, eyni zamanda elmi konfranslar, sessiyalar, beynəlxalq əlaqələr, təqdimatlar, tədbirlər, təltiflər və İnstitutun nəşrləri haqqında referativ məlumatlar yer alıb.
Qeyd edək ki, 2015-ci ildən nəşr olunan hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.
Oxucu və tədqiqatçılar jurnalların elektron variantları ilə göstərilən linklər vasitəsilə tanış ola bilərlər:
https://manuscript.az/mdb/mdpdf/MDB1-2022.pdf
https://manuscript.az/elmies/espdf/ES1-2022.pdf
OXŞAR XƏBƏRLƏR:

04.04.22 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALININ YENİ SAYI ÇAPDAN ÇIXIB
12.10.20 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ 2020-Cİ İLDƏ İLK NÖMRƏLƏRİ NƏŞR OLUNUB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla