OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNDA BAKININ ERMƏNİ İŞĞALINDAN AZAD EDİLMƏSİNİN 104-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLİB
16.09.22. Oxunma sayı: 154 TƏDBİRLƏR
Bakı şəhərinin erməni-daşnak-rus işğalından Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 104 il ötür. Bu münasibətlə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspoziya zalında (ADR-in ilk və son parlament iclasının keçirildiyi zal) Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin nümayəndələri, Elazığ vilayətinin inzibati idarə heyəti üzvləri, elm və mədəniyyət xadimlərinin iştirakı ilə geniş tədbir keçirilib.
Tədbiri Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açıb və ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin moderatoru - filologiya elmləri doktoru, professor Asif Rüstəmli sözü tədbir iştirakçılarına verib.
Tədbirdə Elazığ Mədəniyyət və Tanıtma Mərkəzinin direktoru Mehmet Çağlar, sabiq Elazığ valisi, Elazığ vilayətində Azərbaycan parkının və B.Vahabzadə küçəsinin təşəbbüskarı Muammer Muşmal, həyat yoldaşı Canan Muşmal ilə, tarix elmləri doktoru, professor Mustafa Gül, xanımı, Elazığ vilayətinin təhsil sahəsində böyük xidmətləri olmuş Meftune Gül ilə, dövlət sənətçisi Mustafa Turan, sabiq Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Ankara Dövlət Türk Xalq Musiqisi şöbəsinin müdiri, türk sənətçisi, Haran Universitetinin fəxri doktoru Mehmet Özbək, Manas Mədəniyyət Cəmiyyətinin başçısı Şener Bulut, Azərbaycanın xalq şairi, Milli Məclisin “Şöhrət” ordenli deputatı Sabir Rüstəmxanlı, Əlyazmalar İnstitutunun əməkdaşlarından – AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru, dosent Tahirə Həsənzadə və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyev çıxış edərək Azərbaycanın haqq savaşında iki ölkə arasındakı dostluq və qardaşlığın təcəssümündən, Azərbaycan və Türkiyə əsgərlərinin Bakını bolşevik-daşnak işğalından azad edərək dövlətimizin tarixinə yazdıqları bu şərəfli gündən bəhs ediblər.
Tədbirdə həmçinin “Elazığ Kültür ve Tanıtma Vakfı” və “Manas Yayıncılık” mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəklədiyi layihə əsasında işıq üzü görmüş “Elazığ-Bakü kültür ve sanat faaliyetleri” adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitabda Elazığ və Bakı şəhərlərinin qardaşlığını, 1992-2022-ci illərdə hər iki şəhərdə təşkil olunan mədəni tədbirləri, ölkələrimizin elm və sənət sahələrində qarşılıqlı əməkdaşlığını özündə əks etdirən bir sıra mühüm hadisələr, tarixi faktlar barədə məlumatlar yer alıb. Bundan əlavə, Elazığdan Qarabağda tarix yazan qəhrəmanlarımıza ünvanlanan məktublar, fotoqalereya, görkəmli Azərbaycan şairi Almas İldırımın 100 illik yubileyinə həsr olunmuş tədbir, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimlərinin Elazığ və Harputun ədəbi-mədəni həyatı barədə araşdırmaları və digər bu kimi mövzularda maraqlı məqalələr yer alıb.
Tədbirin sonunda akademik Teymur Kərimliyə Doç.Dr. Ənvər Arasın hazırladığı “Xəzərdən Xəzərə Almas İldırım” kitabı hədiyyə olunub. Tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.

07.07.22
ƏLYAZMALAR İNSTİTUTUNDA XURŞİDBANU NATƏVANIN 190 İLLİYİNƏ HƏSR OLUNMUŞ İNTERAKTİV TƏDBİR KEÇİRİLİB
23.11.21
“NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
02.12.20
AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
24.06.19
ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18
ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB