ƏBDÜLMƏCİD TƏBİBİN “KİTABÜL-MÜDAVAT” ƏSƏRİ ƏSASINDA MONOQRAFİYA HAZIRLANIB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏBDÜLMƏCİD TƏBİBİN “KİTABÜL-MÜDAVAT” ƏSƏRİ ƏSASINDA MONOQRAFİYA HAZIRLANIB

05.09.22. Oxunma sayı: 99 NƏŞRLƏR
Bu günlərdə yeganə nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan Əbdülməcid Təbibin “Kitabül-müdavat” əsərinin əlyazması əsasında hazırlanmış monoqrafiya nəşr olunub. “Əbdülməcid Təbibin “Kitabül-müdavat” əlyazma əsərində sinir sisteminin bəzi xəstəlikləri və onların müalicəsi haqqında” adlı kitabın müəllifi Əlyazmalar İnstitutunun dissertantı, nevropatoloq Qəhrəman Qəhrəmanovdur. Oxuculara təqdim olunmuş yeni nəşrdə sinir sistemi xəstəlikləri və ruhi xəstəliklərin müalicəsi sahəsində müasir tibbin əldə etdiyi nailiyyətlərlə yaranması, onların müəyyənləşdirilməsi və aradan qaldırılmasının tarixi üsul və vasitələri barədə də ətraflı məlumat verilir.
Nevroloq həkimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu vəsaitdə həmçinin qorxu, dəhşət, həyəcan, əzələlərin süst olması, hissi hərəki pozğunluqlar, baş ağrılarının səbəbləri, sayıqlama, hafizənin azalması, yuxunun pozulması və onların müalicəsi haqqında da geniş məlumat verilir.
Qeyd edək ki, yeni nəşrin elmi redaktorları tibb elmləri doktoru, professor Musa Ələkbərov, tarix elmləri doktoru, professor Nərgiz Quliyeva, rəyçiləri isə Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Kamandar Şərifov və “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, dosent Zəkiyyə Əbilovadır.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
31.10.18 XVI ƏSR AZƏRBAYCAN ŞAİRİ “RUHİ BAĞDADİ” HAQQINDA TƏDQİQAT ƏSƏRİ ÇAPDAN ÇIXIB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
15.05.18 TƏFSİRŞÜNASLIĞA DƏYƏRLİ TÖHFƏ
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla