ƏL-FƏRABİ ADINA QAZAX MİLLİ UNİVERSİTETİNİN ALİMİ ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏL-FƏRABİ ADINA QAZAX MİLLİ UNİVERSİTETİNİN ALİMİ ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUB

28.08.22. Oxunma sayı: 99 GÖRÜŞLƏR
Bu günlərdə Əl-Fərabi adına Qazax Milli Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti, həmin universitetin nəzdində Mədəni irs və əlyazmalar Fondunun sədri, fil.ü.f.d. Zübeydə Şafkam AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub. Qonağı Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qəbul edib. Görüşdə institutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, fil.e.d. Aygül Hacıyeva, institutun əməkdaşları – fil.ü.f.d., dosent Aybəniz Rəhimova, fil.ü.f.d., dosent Nəzakət Məmmədli və Tahirə Əliyeva iştirak ediblər.
Görüş zamanı akademik Teymur Kərimli qonağa institutda görülən işlər barədə məlumat verib, gələcək birgə əməkdaşlıq layihələri müzakirə olunub, bununla yanaşı gələcəkdə qarşılıqlı elmi ezamiyyələrin təşkil edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Zübeydə Şafkam öz növbəsində təmsil etdiyi elmi müəssisədə yaradılmış əlyazmalar mərkəzinin qurulması və işinin təşkili zamanı dünyanın aparıcı əlyazma mərkəzləri ilə yanaşı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təcrübəsini də əsas götürdüklərini vurğulayıb. Öz araşdırmaları barədə məlumat verib və bildirib ki, hazırda Azərbaycan dilində qələmə alınan unikal yazılı folklor abidəsi “Rüstemnameyi-türki” əlyazmasının üzərində tədqiqat aparır. Bakıya gəlişinin də əsas səbəblərindən biri həmin əsərin əlyazma nüsxələri haqqında ətraflı məlumat toplamaqdır.
Daha sonra alim İnstitutun Ekspozisiya zalında nümayiş edilən nadir eksponatlar, əlyazma nüsxələri ilə tanış olub. İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov binanın tarixi, burada mühafizə olunan yazılı abidələr, aparılan elmi tədqiqat işləri haqqında qonağa məlumat verib.
Sonda Zübeydə Şafkama Əlyazmalar İnstitutunun son nəşrlərindən bir neçəsi hədiyyə olunub və xatirə şəkli çəkilib.


OXŞAR XƏBƏRLƏR:

08.04.22 QAZAXISTANLI ALİM ƏLYAZMALAR İNSTİTUTUNDA ELMİ EZAMİYYƏTDƏ OLUB
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18 TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla