OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ XURŞİDBANU NATƏVANIN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏQDİMAT MƏRASİMİNDƏ ÇIXIŞ EDİBLƏR
15.08.22. Oxunma sayı: 184 TƏDBİRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq 15 avqust 2022-ci il tarixində Milli Kitabxanada “Xurşidbanu Natəvan – 190” adlı sərginin açılış mərasimi, “Azərbaycan bədii fikrinin görkəmli siması Xan qızı Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasının və “Təhsil” nəşriyyatının yeni çap etdiyi Mustafa Çəmənlinin “Neyçin gəlməz” və Bəylər Məmmədovun “Xurşidbanu Natəvan” kitablarının təqdimatı olub.
Təqdimat mərasimində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edib. Əvvəlcə Azərbaycanın böyük şəxsiyyətlərinə belə yüksək dəyər verdiyi üçün cənab prezidentə öz dərin təşəkkürünü bildirən alim qeyd edib ki, Xurşidbanu Natəvanın 190 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması xalqımızın ədəbiyyata, incəsənətə, öz sənətkarlarına və dahi şəxsiyyətlərinə verdiyi dəyərin göstəricisidir. Akademik Teymur Kərimli öz çıxışında Natəvanın Füzuli ədəbi məktəbinin ən qüdrətli nümayəndələrindən biri olduğunu və XIX əsr Azərbaycan dilinin inkişafında böyük rol oynadığını da vurğulayıb.
Tədbirdə həmçinin Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov da çıxış edib. O bildirib ki, Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan, parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olmuşdur. Yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamış şairənin ilk vaxtlar “Xurşid” imzası ilə yazdığı şeirlərinin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ci ildən etibarən şairə özünə “Natəvan” təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaratmışdır. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.
Qeyd edək ki, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə həyata keçirilib.

07.07.22
ƏLYAZMALAR İNSTİTUTUNDA XURŞİDBANU NATƏVANIN 190 İLLİYİNƏ HƏSR OLUNMUŞ İNTERAKTİV TƏDBİR KEÇİRİLİB
23.11.21
“NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
02.12.20
AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
13.06.18
ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18
MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU