ƏLYAZMALAR İNSTİTUTUNUN MAGİSTRANTI GƏNC ALİMLƏRİN YAY DÜŞƏRGƏSİNDƏ İŞTİRAK EDİR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN MAGİSTRANTI GƏNC ALİMLƏRİN YAY DÜŞƏRGƏSİNDƏ İŞTİRAK EDİR

10.08.22. Oxunma sayı: 131 TƏDRİS
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əyani magistrantı İsmət Cəfərov Gənclər və İdman Nazirliyi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Lənkəran Olimpiya Kompleksində təşkil etdiyi Gənc Alimlərin Yay Düşərgəsində iştirak edir.
Magistrantımız düşərgənin proqramına əsasən, rəsmi açılış tədbirində, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən gənclərə “Fövqəladə hallarda davranış qaydaları”, Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən isə “İlk tibbi yardım” mövzusunda keçirilən əyani-praktik təlimə qatılıb, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün intellektual-əyləncəli oyunlarda, idman yarışlarında, müsabiqələrdə fəallıq göstərib.
Qeyd edək ki, düşərgə müddətində gənclər üçün “tənqidi düşüncə”, “beynəlxalq təqaüdlər”, “gənc alimlərin fərdi və intelektual inkişafı”, “təqdimat bacarıqlarının təkmilləşdirilməsi”, “akademik tədqiqatların nəticələrinin elmmetrik bazalarda işıqlandırılması” və s. bu kimi mövzularda təlim, mühazirə, seminar, debat, ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR:

31.01.20 İLAHİYYAT İNSTİTUTUNUN TƏLƏBƏLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR
09.01.19 XƏZƏR UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN MAGİSTRANTLARI MAGİSTR BURAXILIŞ İŞLƏRİNİ MÜDAFİƏ EDİBLƏR
31.05.18 ƏLYAZMALAR İNSTİTUTUNDA ELMİN TƏHSİLƏ İNTEQRASİYASI DAVAM EDİR
22.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA İNGİLİS DİLİ KURSU TƏŞKİL EDİLİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla