OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTU ÖZBƏKİSTANDA KEÇİRİLƏN BEYNƏLXALQ KONQRESDƏ TƏMSİL OLUNUR
23.07.22. Oxunma sayı: 282 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov 22-25 iyul 2022-ci il tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən “Özbəkistanın mədəni sərvəti yeni intibahın təməli kimi” mövzusunda VI Beynəlxalq Konqresdə iştirak edirlər. Özbəkistanın dünya ölkələrindəki mədəni irsinin öyrənilməsi, mühafizəsi və təbliği Cəmiyyətinin həyata keçirdiyi “Özbəkistanın mədəni mirası dünya saxlanclarında” layihəsi çərçivəsində baş tutan və müxtəlif ölkələrdən görkəmli əlyazmaşünas, sənətşünas, kitabşünas və şərqşünasların iştirak etdiyi bu möhtəşəm tədbirdə Azərbaycanda mühafizə olunan özbək əlyazmaları da təqdim olunub.
Belə ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Pakistan və Monqolustanın məşhur muzey mərkəzlərinin, milli kitabxanalarının və əlyazma institutlarının rəhbərlərinin qatıldığı “Xalqları birləşdirən miras: Mərkəzi Asiya və Azərbaycan” mövzusunda təşkil olunan dəyirmi masada çıxış edib. Alim M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan və UNESCO-nun “Dünyanın Yaddaşı” siyahısına salınan Əbu Əli ibn Sinanın məşhur “Əl-qanun fit-tibb” əsərinin II cildinin 1143-cü ildə köçürülmüş Bakı nüsxəsi, Əmir Əlişir Nəvai əsərlərinin ən qədim və nadir əlyazma nümunələri, dünyada yeganə nüsxəsi yalnız Bakıdakı Əlyazmalar İnstitutunda qorunan “Qədərxan lüğəti” barədə məlumat verib, İnstitut tərəfindən çapa hazırlanan və özbək xalqının əlyazma irsini özündə ehtiva edən nəfis nəşrləri beynəlxalq cəmiyyətin üzvlərinə təqdim edib, ölkələrimiz arasında əlyazmaşünaslıq sahəsində mövcud olan və günü-gündən inkişaf edən əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri haqqında fikirləri ilə bölüşüb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov isə “Özbəkistanın mədəni irsi dünya saxlanclarında” layihəsinin nəşr işlər sahəsində əsas perspektivləri” adlı paneldə məruzə edib. “Özbək xalqının əlyazma irsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda” mövzusunda çıxış edən məruzəçi adı qeyd olunan institutda mühafizə olunan IX-XIX əsrlərdə yaşamış özbək, ərəb və fars dillərində qələmə alınan, tibb, farmakologiya, astronomiya, coğrafiya, məntiq, riyaziyyat, poetika, leksikoqrafiya, dinşünaslıq, poeziya və bədii nəsr sahələrinə aid özbək müəlliflərinin əsərlərinin ümumilikdə 216 əlyazma nüsxəsini əhatə edən kataloq haqqında məlumat verib. Daha çox İbn Sina, Əlişir Nəvai, Abülqasim Bəlxi, Hüseyn Vaiz Kaşifi, Zəhirəddin Babur, Əbu Abdullah Məhəmməd Buxari və başqalarının unikallığı ilə seçilən nəfis əlyazma nüsxələri barədə konqres iştirakçılarında ətraflı təəssürat yaradıb.
Beynəlxalq Konqres çərçivəsində alimlərimiz dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən əlyazma mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirib, akademik Teymur Kərimli Özbəkistan dövlət Televiziyasına və Azərbaycandan ezam olunan jurnalistlərə müsahibə verib, konqresin işi ilə bağlı müsbət təəssüratları ilə bölüşüb.

07.07.22
ƏLYAZMALAR İNSTİTUTUNDA XURŞİDBANU NATƏVANIN 190 İLLİYİNƏ HƏSR OLUNMUŞ İNTERAKTİV TƏDBİR KEÇİRİLİB
23.11.21
“NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
02.12.20
AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
13.06.18
ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18
MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU