“GÜLSÜM XANIM NƏRİMANOVA: HƏYATININ NAMƏLUM SƏHİFƏLƏRİ ARXİV SƏNƏDLƏRİNDƏ” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


“GÜLSÜM XANIM NƏRİMANOVA: HƏYATININ NAMƏLUM SƏHİFƏLƏRİ ARXİV SƏNƏDLƏRİNDƏ” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

16.07.22. Oxunma sayı: 78 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən İmanovanın “Gülsüm xanım Nərimanova: Həyatının naməlum səhifələri arxiv sənədlərində” adlı kitabı çapdan çıxıb.
Yeni nəşrdə Azərbaycanın görkəmli ictimai xadimi N.Nərimanovun ömür-gün yoldaşı, əqidə yoldaşı olmuş, onunla çiyin-çiyinə çalışmış, xeyriyyəçiliklə məşğul olan Gülsüm xanım Nərimanovanın tərcümeyi-halı, oğlu Nəcəf haqqında xatirə və düşüncələri, əsərləri, məktub və teleqramları, müxtəlif şəxslərinGülsüm xanım və Nəcəf Nərimanovlara ithafları yer alıb. Bütövlükdə Gülsüm xanım Nərimanovaya aid materiallar XX əsrin I yarısında ölkədə baş vermiş ictimai-siyasi dəyişiklikləri, Azərbaycan qadınının cərəyan edən tarixi hadisələrin burulğanında iştirakını öyrənmək baxımından zəngin qaynaqdır.
Qeyd edək ki, kitabın elmi redaktoru İnstitutun icraçı direktoru, fil.e.d. Paşa Kərimov, rəyçilər Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, fil.e.d. Nailə Səmədova və tarix ü.f.d., dosent Rəna Məmmədovadır.
OXŞAR XƏBƏRLƏR:

04.04.22 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALININ YENİ SAYI ÇAPDAN ÇIXIB
14.04.21 “NİZAMİ GƏNCƏVİ VƏ AZƏRBAYCAN XALQ YARADICILIĞI” KİTABI İŞIQ ÜZÜ GÖRÜB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla