ƏLYAZMALAR İNSTİTUTUNUN GƏNC ALİMİ MİRZƏ ƏLƏKBƏR SABİRƏ HƏSR OLUNMUŞ KONFRANSDA MƏRUZƏ EDİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN GƏNC ALİMİ MİRZƏ ƏLƏKBƏR SABİRƏ HƏSR OLUNMUŞ KONFRANSDA MƏRUZƏ EDİB

14.07.22. Oxunma sayı: 86 NAİLİYYƏTLƏR
13 iyul 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva “Sabir və xalq gülüşü” mövzusunda Respublika elmi konfransında məruzə edib. Böyük Azərbaycan şairi və görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibətilə AMEA Folklor İnstitutunda keçirilmiş konfransda əməkdaşımız “Mirzə Ələkbər Sabir və Güney Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə edərək Sabirin Səbzivar, Nişapur, Səmərqənd, Buxara şəhərlərinə səyahətindən və Məşhəd ziyarətindən, həmin şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşündən, şairin mətbuat səhifələrindəki çıxışları və maarif sahəsində fəaliyyətindən, o cümlədən çoxşaxəli poetik irsindən söhbət açıb. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzəçi verilən sualları cavablandırıb.
Konfransın sonunda Aytən Quliyeva fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunub.
OXŞAR XƏBƏRLƏR:

07.07.22 ƏLYAZMALAR İNSTİTUTUNDA XURŞİDBANU NATƏVANIN 190 İLLİYİNƏ HƏSR OLUNMUŞ İNTERAKTİV TƏDBİR KEÇİRİLİB
01.06.22 “ÜRƏKLƏRDƏ YAŞAYAN SABİR” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla