ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ XURŞİDBANU NATƏVANIN 190 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANSDA MƏRUZƏ EDİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ XURŞİDBANU NATƏVANIN 190 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANSDA MƏRUZƏ EDİB

08.07.22. Oxunma sayı: 89 NAİLİYYƏTLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı – Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova 5-6 iyul 2022-ci il tarixində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq elmi konfransın plenar iclasında “İrəvan xanlığı və xan qızı Natəvan” mövzusunda məruzə edib. Məruzəçi konfransda fəal iştirakına görə Beynəlxalq Sertifikata da layiq görülüb.
Qeyd edək ki, Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş bu konfransda ölkəmizin bir çox görkəmli tədqiqatçıları ilə yanaşı, Əlyazmalar İnstitutunun bir qisim alim və mütəxəssislərinin də məruzələri dinlənilib. Alimlərimiz Natəvanın poeziyası, xüsusilə onun mərsiyə janrındakı şeirləri, əlyazma irsi, “Gül dəftəri”, Quranı, şairə ilə bağlı şəxsi arxiv fondlarında mühafizə olunan materiallar və s. barədə ətraflı məlumat veriblər.
OXŞAR XƏBƏRLƏR:

20.06.22 ALİMLƏRİMİZ ŞUŞA İLİNƏ HƏSR OLUNMUŞ KONQRESDƏ BEYNƏLXALQ SERTİFİKATLARA LAYİQ GÖRÜLÜBLƏR
13.05.22 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLÜBLƏR
15.12.20 ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHÜM ELMİ NƏTİCƏLƏR ƏLDƏ EDİLİB, UĞURLU LAYİHƏLƏRƏ İMZA ATILIB
13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
22.11.19 DAŞKƏNDDƏ ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN NİZAMİ İLƏ BAĞLI MONOQRAFİYASININ TƏQDİMATI OLUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla