PAKİSTANLI ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


PAKİSTANLI ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA

06.07.22. Oxunma sayı: 84 BEYNƏLXALQ ƏLAQƏLƏR
Bu günlərdə Pakistan Respublikasının Lahor Dövlət Kollec Universitetinin Urdu dili kafedrasının dosenti Almaz Khanum və Lahor Dövlət Qadın Tədqiqatlar Kollecinin Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Faiza Bashir AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar. Qonaqları institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə qarşılayıb və onlara institutun tarixi, beynəlxalq əlaqələri, burada mühafizə olunan əlyazmalar və yerinə yetirilən tədqiqat işləri barədə ətraflı məlumat verib. Daha sonra tədqiqatçılar Əlyazmalar İnstitutunun Ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla tanış olublar.
Almaz Khanum və Faiza Bashir postdoktoral səviyyədə “Azərbaycan-Pakistan münasibətlərinə tarixi-ədəbi yanaşma” mövzusunda, eyni zamanda tədqiqat sahələrinə uyğun olaraq Azərbaycanlı milyonçu, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev haqqında elmi tədqiqat işləri aparmaq və institutun fondlarında mövcud olan arxeoqrafik sənədlərlə tanış olmaq istədiklərini bildiriblər. Bu məqsədlə qonaqlara İnstitutun fondunda qorunan arxeoqrafik sənədlər üzərində tədqiqat işləri aparmaq üçün müvafiq şərait yaradılıb.


OXŞAR XƏBƏRLƏR:

06.04.22 ÖZBƏKİSTANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
01.07.21 BAŞQIRD DÖVLƏT UNİVERSİTETİNİN ALİMİ ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUB
09.06.20 ƏLYAZMALAR İNSTİTUTU İLƏ ÖZBƏK-ÇİN İNSTİTUTU ARASINDA QARŞILIQLI ANLAŞMA VƏ ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
20.02.19 YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla