“AĞACOYMA XƏTTATLIĞI ÖRNƏKLƏRİ” KİTABI ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


“AĞACOYMA XƏTTATLIĞI ÖRNƏKLƏRİ” KİTABI ÇAPDAN ÇIXIB

04.07.22. Oxunma sayı: 108 NƏŞRLƏR
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, xəttoyma sənətinin ustadı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Mənsimoğlunun “Ağacoyma xəttatlığı örnəkləri” kitabı işıq üzü görüb. Kitabda Azərbaycan ağacoyma xəttatlığı sənətini sadə xəttatlıq peşəsindən bədii ağacoyma xəttatlığı səviyyəsinə çatdırmış görkəmli rəssam Seyfəddin Mənsimoğlunun həyat və yaradıcılığını özündə əks etdirən məqalələr və onun əl işlərinin fotoları yer alıb. Qeyd edək ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan yeni nəşrin ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevdir.
OXŞAR XƏBƏRLƏR:

04.04.22 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALININ YENİ SAYI ÇAPDAN ÇIXIB
14.04.21 “NİZAMİ GƏNCƏVİ VƏ AZƏRBAYCAN XALQ YARADICILIĞI” KİTABI İŞIQ ÜZÜ GÖRÜB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla