OXŞAR XƏBƏRLƏR:
ƏMƏKDAŞLARIMIZ UNESCO-nun TƏLİM PROQRAMININ SERTİFİKATLARI İLƏ TƏLTİF OLUNUBLAR
30.06.22. Oxunma sayı: 177 NAİLİYYƏTLƏR
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda təlim proqramında iştirak ediblər.
Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadənin rəhbərliyi ilə həyata keçirilən proqramda İnstitutun “Beynəlxalq elmi-mədəni əlaqələr” şöbəsinin elmi işçisi Əsmər Hümbətli və “Təchizat və xidmət” şöbəsinin mütəxəssisi Səbinə Quliyeva İrs İdarəetməsinin effektivliyi və qiymətləndirilməsi, Dünya irsi əraziləri, onların özünəməxsus atributları və tələblərə uyğunluqları, interaktiv metodlarla mədəni irsin müxtəlifliyinin təbliği, qoruq ərazisində milli irs nümunələri, idarəetmə təcrübəsi, menecment, konservasiya, urban regenerasiya və risk menecment planlarının hazırlanması və işləməsi mərhələləri haqqında biliklərə yiyələniblər. Əməkdaşlarımız dörd günlük təlim kursunu uğurla bitirdiklərinə görə sertifikatla təltif olunublar.
Qeyd edək ki, təlim Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə baş tutub.

13.05.22
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLÜBLƏR
22.12.21
ƏLYAZMALAR İNSTİTUTUNUN “NİZAMİ GƏNCƏVİ İLİ”NDƏKİ FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
15.12.20
ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHÜM ELMİ NƏTİCƏLƏR ƏLDƏ EDİLİB, UĞURLU LAYİHƏLƏRƏ İMZA ATILIB
13.01.20
ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
02.05.19
ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB