PREZİDENT İLHAM ƏLİYEVƏ FÜZULİNİN ƏLYAZMASI HƏDİYYƏ OLUNUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


PREZİDENT İLHAM ƏLİYEVƏ FÜZULİNİN ƏLYAZMASI HƏDİYYƏ OLUNUB

22.06.22. Oxunma sayı: 35 RƏSMİ XRONİKA
İyunun 21-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ölkəmizin başçısına Məhəmməd Füzulinin əsərlərindən birinin əlyazmasını hədiyyə edib. Bu barədə Daşkənddə birgə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident Şavkat Mirziyoyev mətbuata bəyanatında deyib:
"Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verirlər. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Bizim Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. Fikrimcə, bu, bizim sərvətimizdir. Özbəkistanda belə əlyazmalar çoxdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi."
OXŞAR XƏBƏRLƏR:

07.05.21 ŞUŞA ŞƏHƏRİ AZƏRBAYCANIN MƏDƏNİYYƏT PAYTAXTI ELAN EDİLDİ
19.03.21 PREZİDENT İLHAM ƏLİYEVİN NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİKİ
14.01.21 AZƏRBAYCAN RESPUBLİKASININ MEDİANIN İNKİŞAFI AGENTLİYI YARADILIB – FƏRMAN
06.01.21 PREZİDENT İLHAM ƏLİYEV: “ŞUŞA ŞƏHƏRİNİ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN PAYTAXTI ELAN EDİRƏM
05.01.21 2021-Cİ İL AZƏRBAYCANDA “NİZAMİ GƏNCƏVİ İLİ” ELAN EDİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla