ALİMLƏRİMİZ ŞUŞA İLİNƏ HƏSR OLUNMUŞ KONQRESDƏ BEYNƏLXALQ SERTİFİKATLARA LAYİQ GÖRÜLÜBLƏR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ALİMLƏRİMİZ ŞUŞA İLİNƏ HƏSR OLUNMUŞ KONQRESDƏ BEYNƏLXALQ SERTİFİKATLARA LAYİQ GÖRÜLÜBLƏR

20.06.22. Oxunma sayı: 43 NAİLİYYƏTLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “Şuşa ili” çərçivəsində keçirilən III Beynəlxalq Qarabağ Tətbiqi Elmlər Konqresində onlayn şəkildə iştirak ediblər.
AMEA Mərkəzi Elmi Kitabxanasında 13 iyun tarixinə qədər davam edən konqresdə əməkdaşlarımız – baş elmi işçi, tarix elmləri doktoru Tahirə Həsənzadə, baş elmi işçi, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, aparıcı elmi işçi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova, böyük elmi işçi Zaur Hacıyev, baş mütəxəssis Mətanət Muradova, elmi işçilər Məsmə Mahmudova və Xatirə Kərimova, tərcüməçi Nuranə Çələbiyeva və başqaları birbaşa ilkin mənbələrə söykənən tədqiqatları ilə səsləşən Nizami Gəncəvi və Hüseyn Cavid yaradıcılığı, Mirzə Kazımbəy və Məhəmməd Qarabağinin elmi irsi, Azərbaycan muğamının bölmələri, Qarabağ xalçaçılıq sənəti, ərəb dilçiliyi və klassik ədəbiyyatın müxtəlif istiqamətləri üzrə maraqlı məruzələrlə çıxış edib, beynəlxalq sertifikatlara layiq görülüblər.
Qeyd edək ki, Konqresin Azərbaycan tərəfdən təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universiteti, Türkiyə tərəfdən isə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu olub.



OXŞAR XƏBƏRLƏR:

13.05.22 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLÜBLƏR
13.01.22 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ DOSENT ELMİ ADINA LAYİQ GÖRÜLÜB
22.12.21 ƏLYAZMALAR İNSTİTUTUNUN “NİZAMİ GƏNCƏVİ İLİ”NDƏKİ FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
15.12.20 ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHÜM ELMİ NƏTİCƏLƏR ƏLDƏ EDİLİB, UĞURLU LAYİHƏLƏRƏ İMZA ATILIB
13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla