ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ FƏXRİ FƏRMANLA TƏLTİF OLUNUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ FƏXRİ FƏRMANLA TƏLTİF OLUNUB

11.06.22. Oxunma sayı: 83 NAİLİYYƏTLƏR
9 iyun 2022-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanda xeyriyyəçiliyin əsas rəmzi hesab edilən, görkəmli mesenat, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin 200 illik yubileyinə həsr olunmuş tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov respublikanın ictimai həyatında fəal iştirakına, ədəbi-tarixi irsin tədqiqi sahəsində səmərəli elmi fəaliyyətinə görə “Hacı Zeynalabidin Tağıyev” fondunun fəxri fərmanı ilə təltif olunub. Alimə Fəxri fərmanı “Hacı Zeynalabidin Tağıyev” fondunun prezidenti Müzəffər Ağayev təqdim edib.
Qeyd edək ki, təltifolunma mərasimi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin yeni çap olunan “Xeyirxahlıq mücəssəməsi” adlı monoqrafiyanın təqdimat mərasimi əsnasında baş tutub.


OXŞAR XƏBƏRLƏR:

13.05.22 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLÜBLƏR
22.12.21 ƏLYAZMALAR İNSTİTUTUNUN “NİZAMİ GƏNCƏVİ İLİ”NDƏKİ FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
15.12.20 ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHÜM ELMİ NƏTİCƏLƏR ƏLDƏ EDİLİB, UĞURLU LAYİHƏLƏRƏ İMZA ATILIB
13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
29.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI FƏXRİ FƏRMANLA TƏLTİF EDİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla