ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI MAARİFLƏNDİRİCİ SEMİNARA QATILIBLAR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI MAARİFLƏNDİRİCİ SEMİNARA QATILIBLAR

08.06.22. Oxunma sayı: 90 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup gənc alim və mütəxəssisi, həmçinin bəzi doktorant və magistrantları Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Mən və incə sənət” layihəsi çərçivəsində “Bəngü Badədən görünən tarix və ya bir miniatürün izi ilə” mövzusunda maarifləndirici seminarda iştirak ediblər.
Ekspert, sənət bilicisi və müstəqil tədqiqatçı, “Bəngü Badədən görünən tarix” kitabının müəllifi Mirzə Talıbovun iştirakı ilə keçirilmiş ustad dərsi dahi Azərbaycan şairi və mütəfəkkiri Mövlana Məhəmməd Füzulinin “Bəngü Badə” alleqorik poemasına XVI əsrdə naməlum Azərbaycan rəssamı tərəfindən çəkilmiş rəsm əsərinin, eləcə də ayrı-ayrı miniatürlərin, kitab illüstrasiyalarının təhlili ətrafında məlumatların ötürülməsi əsasında baş tutub. Sözügedən seminarda Azərbaycan miniatür sənətinin təşəkkülü və inkişafı haqqında geniş müzakirələr aparılıb, “Bəngü Badədən görünən tarix” kitabında bəhsi keçən əsərin ana xətti olan Çaldıran döyüşünə tarixi aspektdən nəzər salınıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutan “Ustad dərsi”nin auditoriyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə yanaşı N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun, A.Bakıxanov adına Tarix İnstitutunun tədqiqatçılarından, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət olub.


OXŞAR XƏBƏRLƏR:

20.05.21 MƏKTƏBLİLƏR NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNİN ƏLYAZMA NÜSXƏLƏRİ İLƏ TANIŞ OLUBLAR
31.01.20 İLAHİYYAT İNSTİTUTUNUN TƏLƏBƏLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR
13.11.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “CLARIVATE ANALYTICS”İN KEÇİRDİYİ TƏLİMDƏ İŞTİRAK EDİBLƏR
04.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ QAZAXISTANLI TƏLƏBƏLƏRƏ MÜHAZİRƏ OXUDU
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN MAGİSTRANTLARI MAGİSTR BURAXILIŞ İŞLƏRİNİ MÜDAFİƏ EDİBLƏR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla