ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SİMPOZİUMDA MƏRUZƏ EDİBLƏR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SİMPOZİUMDA MƏRUZƏ EDİBLƏR

03.06.22. Oxunma sayı: 166 TƏDBİRLƏR
Bu günlərdə Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Ağdam Muğam Mərkəzində “V Həmzə Nigari” Beynəlxalq Simpoziumu keçirilib. 2022-ci ilin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Şuşa ili” elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər planı çərçivəsində baş tutan, Azərbaycan, Türkiyə, İtaliya, İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Şimali Makedoniya kimi ölkələrdən 200-dən çox alim və tədqiqatçının qatıldığı simpoziumda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 20-dək əməkdaşı iştirak edib. Alimlərimiz Həmzə Nigari, İsmayıl Şirvani, Nəqşibəndilik, Xəlvətilik, Sufizm, İslam, Türk dünyası, Qafqaz, Qarabağ, Şuşa şəhəri, bərpa və konservasiya, ədəbiyyatşünaslıq, sənətşünaslıq araşdırmaları kimi mövzularda məruzə edib, beynəlxalq sertifikata layiq görülüblər.
Tədbirin sonunda Simpozium iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhəri və Ağdam rayonunun kəndlərində tarix-mədəniyyət abidələrini, o cümlədən Qarapirimli kəndindəki Qarapirimli xanəgahı və Nigar nənə türbəsini ziyarət ediblər.
Qeyd edək ki, Beynəlxalq Simpozium Ağdam Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Amasiya Universiteti, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.



OXŞAR XƏBƏRLƏR:

08.05.22 ƏLYAZMALAR İNSTİTUTU LƏNKƏRAN ŞƏHƏRİ HEYDƏR ƏLİYEV MƏRKƏZİ İLƏ BİRGƏ ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİB
23.11.21 “NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
24.04.21 ALİMLƏRİMİZ “ƏDƏBİYYATDA QARABAĞ MÖVZUSU” ADLI RESPUBLİKA ELMİ KONFRANSINDA MƏRUZƏ EDİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla