YUSİF BƏY USTACLU DİVANININ YENİ ƏLYAZMASININ SURƏTİ ƏLDƏ EDİLMİŞDİR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


YUSİF BƏY USTACLU DİVANININ YENİ ƏLYAZMASININ SURƏTİ ƏLDƏ EDİLMİŞDİR

02.06.22. Oxunma sayı: 134 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Tehranda yaşayan ədəbiyyat tədqiqatçısı Firuz Rifahi Ələmdarinin yardımı ilə XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun Tehran Universitetinin Mərkəzi Kitabxanasında saxlanan anadilli divanının surətini əldə etmişdir. Nüsxədə 188 qəzəl, 1 məsnəvi, müxtəlif klassik janrlarda yazılmış şeirlər vardır. Yusif bəy Ustaclu Səfəvi hökmdarlarından Şah İsmayıl (1501-1524) və Şah Təhmasibin (1524-1576) dövründə yaşayıb-yaratmış, bir müddət şahzadə Sam Mirzə (1517-1567) ilə dostluq etmiş, hökmdarın əmri ilə XVI əsrin yetmişinci illərində qısa müddət ərzində Təbriz valisi olmuşdur. Mənbələr və əsərləri onun istedadlı bir şair olduğunu, Nəvai və Füzuli təsiri ilə şeirlər yazdığını göstərir. Paşa Kərimov Londonun Britaniya Muzeyi Kitabxanasında saxlanan əlyazma divanı əsasında 2012-ci ildə şairin lirik şeirlər toplusunu nəşr etdirmişdir. Divanın yeni əlyazma nüsxəsinin köməyi ilə şairin həyat və yaradıcılığını, onun XVI əsr ədəbiyyat tariximizdəki mövqeyini daha ətraflı öyrənmək mümkün olacaqdır.
OXŞAR XƏBƏRLƏR:

27.05.22 TARİX ELMLƏRİ DOKTORU, PROFESSOR HƏSƏN HƏSƏNOVUN AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNA BAĞIŞLADIĞI, XIV YÜZİLLİKDƏ TƏRTİB OLUNMUŞ ENSİKLOPEDİK “SƏFİNEYE-TƏBRİZ” ƏSƏRİ HAQQINDA
12.01.21 CAHANŞAH HƏQİQİNİN “ŞEİRLƏR TOPLUSU – “DİVAN”ININ” ƏLYAZMA SURƏTİ ƏLDƏ EDİLİB
25.02.19 NƏSİMİ DİVANININ YENİ NÜSXƏSİNİN SURƏTİ ƏLDƏ EDİLİB
21.01.19 NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB
06.09.18 NƏSİMİNİN TÜRK DİVANININ ƏLYAZMA NÜSXƏSİNİN SURƏTİ BAKIYA GƏTİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla