ƏLYAZMALAR İNSTİTUTUNDA “ŞUŞA ƏDƏBİ MÜHİTİ” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNDA “ŞUŞA ƏDƏBİ MÜHİTİ” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB

31.05.22. Oxunma sayı: 98 TƏDBİRLƏR
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Şuşa ili”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdış” Gənclər Təşkilatının təşəbbüsü ilə “Şuşa ədəbi mühiti” mövzusunda elmi seminar keçirilib.
Seminardan əvvəl gənclər İnstitutun ekspozisiya zalında nümayiş olunan “Şuşa Qarabağın incisidir” adlı sərgiyə tamaşa edib, burada Əlyazmalar İnstitutunun Əlyazma və şəxsi arxivlər fondunda mühafizə olunan Şuşa ədəbi mühitinin yetirmələrinin əsərlərinin əlyazma nüsxələri və mədəniyyət paytaxtına aid tarixi əhəmiyyətli sənədlərlə tanış olublar.
Daha sonra İnstitutun akt zalında seminarın açılışı olub. İnstitutun alimləri – “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, icraçı direktor, filologiya elmləri doktoru Paşa Kərimov və elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə seminarda Qarabağ folkloru, Şuşanın poeziya nümunələrində əksi, Qarabağ ədəbi-mədəni mühitinin intibah dövrü, Şuşa ədəbi mühitinin ədəbiyyatımıza qazandırdığı simalar və başqa mövzular haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib.
Qeyd edək ki, elmi seminar gənclər arasında Şuşa şəhərinin qədim tarixi və zəngin mədəni irsi haqqında məlumatlılığın artırılması məqsədi ilə təşkil olunub.


OXŞAR XƏBƏRLƏR:

27.03.21 ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla