ƏLYAZMALAR İNSTİTUTUNDA MÜSTƏQİLLİK GÜNÜ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNDA MÜSTƏQİLLİK GÜNÜ İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

27.05.22. Oxunma sayı: 107 TƏDBİRLƏR
Bu gün “28 may – Müstəqillik günü” münasibəti ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Müstəqilliyimiz əbədidir” mövzusunda maarifləndirici tədbir keçirilib. Bakı şəhəri 147 saylı texniki-humanitar liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Ələkbərovanın rəhbərliyi altında həmin liseyin 8b sinif şagirdləri iştirak ediblər. Tədbirdən öncə şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal abidəsi”nin önünə gül dəstələri qoyublar, sonra Əlyazmalar İnstitutunun kitabxanasının Mirzə Ələkbər Sabir adına kitabxana ilə birgə hazırladığı “İstiqlal carçıları” mövzusunda kitab sərgisi ilə tanış olublar. Daha sonra tədbir Əlyazmalar İnstitutunun Ekspozisiya zalında davam edib. Burada şagirdlərə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin parlament iclaslarının məhz bu zalda keçirildiyi, həmin iclaslarda bir çox milli və dövlət əhəmiyyətli qərarların qəbul edildiyi haqqında ətraflı məlumat verilib. Tədbir İnstitutun akt zalında Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə 2018-ci ildə ərsəyə gələn, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” sənədli-bədii filminin nümayişi ilə başa çatıb.
Qeyd edək ki, bu maarifləndirici tədbir AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmin təhsilə inteqrasiyası istiqamətində həyata keçirdiyi növbəti layihələrdən biridir.


OXŞAR XƏBƏRLƏR:

23.11.21 “NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla