ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ BEYNƏLXALQ ELMİ KONFRANSDA MƏRUZƏ EDİBLƏR » Əlyazmalar İnstitutu

  İNSTİTUT ƏMƏKDAŞLARININ ƏSƏRLƏRİNİN ELEKTRON KATALOQU    


ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ BEYNƏLXALQ ELMİ KONFRANSDA MƏRUZƏ EDİBLƏR

13.05.22. Oxunma sayı: 19 TƏDBİRLƏR
13 may 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri Qazax rayonunda keçirilən Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq Elmi Konfransda onlayn şəkildə iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, Ərzincan Binəli Yıldırım Universiteti, BDU-nun Qazax filialı və “Aşıq Şəmşir” Mədəniyyət ocağının birgə təşkilatçılığı ilə keçirilmiş elmi konfransda Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova “Aşıq poeziyasının tanınmış siması – Dədə Şəmşir”, həmin şöbənin əməkdaşı Zaur Hacıyev isə “Klassik ərəb ədəbiyyatında və Azərbaycan aşıq poeziyasında vəsf (Oxşarlıqlar, fərqliliklər)” adlı məruzələrlə çıxış ediblər.
OXŞAR XƏBƏRLƏR:

02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
06.03.19 S.VURĞUN YARADICILIĞINDA AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla