ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLÜBLƏR » Əlyazmalar İnstitutu

  İNSTİTUT ƏMƏKDAŞLARININ ƏSƏRLƏRİNİN ELEKTRON KATALOQU    


ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SERTİFİKATA LAYİQ GÖRÜLÜBLƏR

13.05.22. Oxunma sayı: 13 NAİLİYYƏTLƏR
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Ukraynanın Xarkov şəhərində Q.S.Skovoroda adına Xarkov Dövlət Pedaqoji Universitetində “Şərqşünaslıq: Aktuallığı və perspektivləri” mövzusunda keçirilmiş III Beynəlxalq elmi-metodiki konfransda onlayn şəkildə iştirak ediblər.
Azərbaycan, Ukrayna, Türkiyə, Gürcüstan, Almaniya, Niderland və digər ölkələrin alimlərinin qatıldığı onlayn konfransda İnstitutun əməkdaşları - Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri Elnurə Babayeva “Əbdürrəhman Caminin “Risaləyi Əruz”u və onun Bakı nüsxələri”, həmin şöbənin böyük elmi işçisi Rəna İskəndərli “Şəmsəddin Saminin elmi-bədii irsi və onun AMEA Əlyazmalar İnstitutunun fondunda qorunub saxlanan əsərləri”, tarix üzrə fəlsəfə doktoru, dosent Rəna Məmmədova “Nadir şah Əfşarın ordusu müasirlərin gözündə”, Türk dünyası türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyeva “Elmin unudulmuş “Şəhidlər”i və ya “Ərəb əlyazmaları üzərində” və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi İradə Vəzirova “Orta əsr əlyazma kitabının yaradılmasında təqlidçilərin rolu (AMEA Əlyazmalar İnstitutunun fondunda saxlanan “Rəsayəl” toplusu əsasında)” adlı məqalələrlə məruzə ediblər.
Tədbirin sonunda əməkdaşlarımız konfransda iştiraklarına görə təşəkkürnamə və beynəlxalq sertifikatlarla təltif olunublar.


OXŞAR XƏBƏRLƏR:

18.04.22 ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ ÇAP KİTABLARI BEYNƏLXALQ PLATFORMADA SƏRGİLƏNİR
22.10.21 NİZAMİ GƏNCƏVİ ƏLYAZMALARININ TƏDQİQİ ŞÖBƏSİ YARADILIB
15.12.20 ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHÜM ELMİ NƏTİCƏLƏR ƏLDƏ EDİLİB, UĞURLU LAYİHƏLƏRƏ İMZA ATILIB
13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
22.11.19 DAŞKƏNDDƏ ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN NİZAMİ İLƏ BAĞLI MONOQRAFİYASININ TƏQDİMATI OLUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla