ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ EDİB » Əlyazmalar İnstitutu

  İNSTİTUT ƏMƏKDAŞLARININ ƏSƏRLƏRİNİN ELEKTRON KATALOQU    


ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ EDİB

13.05.22. Oxunma sayı: 24 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı, Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin elmi işçisi Sevinc Dadaşova Azərbaycan və Ukrayna Respublikası arasındakı əməkdaşlığın 30 illiyi münasibətilə Ukraynada təşkil olunan “Xalqlar və mədəniyyətlər arasında sivilizasiya körpüləri” (“Civilizational bridges between people and cultures”) mövzusunda XXV beynəlxalq elmi konfransda onlayn şəkildə iştirak edib.
O, “Azərbaycanda Stalin repressiyası və Hüseyn Cavid” adlı məruzə ilə çıxış edərək Stalin repressiyası zamanı Azərbaycandakı vəziyyətdən, 1937-1938-ci illərdə repressiya qurbanı olmuş elm xadimlərindən, Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi ziyalıların həbs zamanı acınacaqlı və işgəncə dolu həyatından bəhs edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda Sevinc Dadaşova sertifikata layiq görülüb.
Qeyd edək ki, elmi konfrans “ELGER” Elm-Tədris Mərkəzi, M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti (Kiyev, Ukrayna) və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilib.



OXŞAR XƏBƏRLƏR:

27.03.21 ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla