“AZƏR BUZOVNALI YARADICILIĞI: TARİXİLİK VƏ MÜASİRLİK” MONOQRAFİYASI ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu

  İNSTİTUT ƏMƏKDAŞLARININ ƏSƏRLƏRİNİN ELEKTRON KATALOQU    


“AZƏR BUZOVNALI YARADICILIĞI: TARİXİLİK VƏ MÜASİRLİK” MONOQRAFİYASI ÇAPDAN ÇIXIB

10.05.22. Oxunma sayı: 59 NƏŞRLƏR
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırovanın “Azər Buzovnalı yaradıcılığı: tarixilik və müasirlik” adlı monoqrafiyası nəşr olunub.
Kitabda Azər Buzovnalının poetik irsi ilk dəfə hərtərəfli və sistemli şəkildə araşdırılmış, şairin zəngin yaradıcılıq nümunələrinin ideya, məzmun, forma və bədii sənətkarlıq xüsusiyyətləri tədqiqata cəlb olunmuş, müxtəlif mövzuları əhatə edən yaradıcılığı arxiv nümunələri əsasında ədəbi janrlar və üslubi baxımdan tədqiqata cəlb edilərək Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyi aydınlaşdırılmış, onların bədii sənət nümunəsi kimi dəyəri müəyyənləşdirilmişdir.
Yeni nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, rəyçiləri Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Azadə Musayeva və filologiya elmləri doktoru Nailə Səmədovadır.
OXŞAR XƏBƏRLƏR:

13.11.20 AZƏR BUZOVNALININ ZƏNGİN ƏDƏBİ İRSİNİN TOPLANDIĞI DAHA BİR KİTAB ÇAPDAN ÇIXIB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
06.09.19 “AZƏRBAYCAN SATİRİK MƏTBUATINDA GİZLİ İMZALAR (1906-1920)” ADLI MONOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla