OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ ÇAP KİTABLARI BEYNƏLXALQ PLATFORMADA SƏRGİLƏNİR
18.04.22. Oxunma sayı: 316 NAİLİYYƏTLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alim və mütəxəssislərinin son illərdə nəşr olunmuş kitablarının beynəlxalq təqdimatı davam etdirilir. Bu məqsədlə "Yaxşı mütaliə" (ing. – Goodreads) beynəlxalq kitab təqdimatı və təhlili platformasına İnstitutun yeni çap kitabları barədə məlumatlar daxil edilib (sərgi səhifəsinə keçid). Bununla da 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan təqdimat prosesinin II mərhələsinə yekun vurulub. Bu mərhələdə 24 alim-mütəxəssisin 52 kitabı haqqında informasiya beynəlxalq ictimaiyyətə təqdim olunub. İşin ötən il yekunlaşmış I mərhələsində isə 23 alimin 89 əsəri sözügedən beynəlxalq reyestrə daxil edilmişdi. Beləliklə, son 2 il ərzində İnstitutunun 47 alim və mütəxəssisinin 141 əsərinin biblioqrafik məlumatı daha geniş auditoriyanın diqqətinə çatdırılıb.
Məlumat üçün bildirək ki, "Yaxşı mütaliə" beynəlxalq kitab təqdimatı və təhlili platforması Amazon şirkətinin yaratdığı sosial kataloqlaşdırma sistemidir. 2006-cı ildə yaradılmış platformanın hazırda 95 milyon istifadəçisi var. Burada dünyanın müxtəlif yerlərindən yüz minlərcə müəllifin 3 milyon kitabının referativ-vizual məlumatları əks olunub. İndiyədək həmin kitablar haqqında oxucuların 100 milyona yaxın rəyi platformada dərc edilib.
II mərhələdə kitabları qeydiyyatdan keçirilmiş müəlliflər:
Məlumat üçün bildirək ki, "Yaxşı mütaliə" beynəlxalq kitab təqdimatı və təhlili platforması Amazon şirkətinin yaratdığı sosial kataloqlaşdırma sistemidir. 2006-cı ildə yaradılmış platformanın hazırda 95 milyon istifadəçisi var. Burada dünyanın müxtəlif yerlərindən yüz minlərcə müəllifin 3 milyon kitabının referativ-vizual məlumatları əks olunub. İndiyədək həmin kitablar haqqında oxucuların 100 milyona yaxın rəyi platformada dərc edilib.
II mərhələdə kitabları qeydiyyatdan keçirilmiş müəlliflər:
- Afaq Əliyeva (Goodreads səhifəsinə keçid)
- Aybəniz Rəhimova (keçid)
- Aynur Nəcəfova (keçid)
- Esmira Cavadova (keçid)
- Aytən Quliyeva (keçid)
- Əli Məmmədbağıroğlu (keçid)
- İbrahim Quliyev (keçid)
- Lamiyə Rəhimova (keçid)
- Nailə Süleymanova (keçid)
- Nazim Yarməmmədov (keçid)
- Rəna Məmmədova (keçid)
- Rübabə Şirinova (keçid)
- Samirə Əliyeva (keçid)
- Səbinə Əhmədova (keçid)
- Sevər Cabbarlı (keçid)
- Tünzalə Seyfullayeva (keçid)
- Sona Xəyal (keçid)
- Mustafa Əliyev (keçid)
- Rauf Şeyxzamanov (keçid)
- Minəxanım Şahbazova (keçid)
- Şəhla Xəlilli (keçid)
- Könül Bağırova (keçid)
- Rəna İskəndərli (keçid)
- Cavid Cəfərov (keçid)
- Teymur Kərimli (keçid)
- Paşa Kərimov (keçid)
- Aybəniz Əliyeva-Kəngərli (keçid)
- Azadə Musayeva (keçid)
- Kamandar Şərifov (keçid)
- Nəsib Göyüşov (keçid)
- Tahirə Həsənzadə (keçid)
- Raqub Kərimov (keçid)
- Fərid Ələkbərli (keçid)
- Nailə Səmədova (keçid)
- Zəkiyyə Əbilova (keçid)
- Əkrəm Bağırov (keçid)
- Əzizağa Nəcəfzadə (keçid)
- Nailə Mustafayeva (keçid)
- Aynur Hacıqədirli (keçid)
- Kərimulla Məmmədzadə (keçid)
- Firəngiz Hüseynova (keçid)
- Zaur Orucov (keçid)
- Qutiyera Cəfərova (keçid)
- Arif Ramazanov (keçid)
- Məmməd Adilov (əlavə olaraq) (keçid)
- Nigar Babaxanova (keçid)
- Sayalı Əliyeva (keçid)
22.10.21
NİZAMİ GƏNCƏVİ ƏLYAZMALARININ TƏDQİQİ ŞÖBƏSİ YARADILIB
20.02.21
ƏLYAZMALAR İNSTİTUTUNDA QƏDİM ƏLYAZMALARIN ELEKTRONLAŞDIRILMASI İŞİ DAVAM ETDİRİLİR
15.12.20
ƏLYAZMALAR İNSTİTUTUNDA MÜHÜM ELMİ NƏTİCƏLƏR ƏLDƏ EDİLİB, UĞURLU LAYİHƏLƏRƏ İMZA ATILIB
01.06.20
ƏLYAZMALAR İNSTİTUTUNUN NƏŞRLƏRİNİN BEYNƏLXALQ TƏQDİMATI HƏYATA KEÇİRİLİR
15.05.19
ƏLYAZMALAR İNSTİTUTUNUN JURNALLARI ÜÇÜN ELEKTRON BEYNƏLXALQ STANDART SERİYA NÖMRƏSİ TƏYİN OLUNUB