ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNİN 30-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNİN 30-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

25.02.22. Oxunma sayı: 451 TƏDBİRLƏR
25 fevral 2022-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 30 illiyi münasibəti ilə anım tədbiri keçirilib.
İlk öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli faciəni törədən erməni cəlladlarını “patoloji manyak” adlandıraraq xalqımıza qarşı Xocalı soyqırımı kimi vəhşiliyi törədən cəlladlardan müasir dövrdə intiqam almağın ən doğru yolunun bu cinayətin faktlara söykənərək araşdırılması və dünya ictimaiyyətinə çatdırılması üçün xarici dillərdə nəşri olduğunu bildirib. Akademik erməni xislətinə xas olan qorxaqlığı, qəddarlığı bir çox klassik şairlərin, yazıçıların da öz əsərlərində təsvir etdiyini qeyd edib və onlardan nümunələr səsləndirib.
Tədbirdə Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Aynur Hacıqədirlinin “Xocalının tarixi əhəmiyyəti və geostrateji mövqeyi” və Əlyazmaların elektron resursları şöbəsinin baş mütəxəssisi Vüqar Hacıyevin “Ermənilər Xocalı soyqırımını nə üçün törətdilər?” adlı məruzələri dinlənilib.
Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.e.d., professor Kamandar Şərifov və institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə məruzələr ətrafında çıxış edərək tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən bəhs edib, ermənilərin Xocalıdakı dinc sakinlərə, qadınlara, qocalara, uşaqlara qarşı törətdikləri insanlığa sığmayan qəddarlıqlarından danışıblar.
Tədbirdə sözləri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xatirə Cabbarzadəyə, musiqisi Əli Behbudzadəyə məxsus “Xocalıya ədalət” musiqi əsərinə çəkilmiş videoçarx nümayiş etdirilib. Mahnı Xalq artisti Gülyaz Məmmədovanın ifasında təqdim olunub.
Daha sonra Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin əməkdaşlarının “Xocalı soyqırımı: əsrin faciəsi” mövzusunda hazırladığı kitab sərgisinə baxış keçirilib.


OXŞAR XƏBƏRLƏR:

26.02.21 “XX ƏSRİN ƏN QANLI FACİƏSİ – XOCALI SOYQIRIMI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
25.02.20 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜ ANILIB
25.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİ ANILIB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla