AZƏRBAYCAN İNCƏSƏNƏTİNƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


AZƏRBAYCAN İNCƏSƏNƏTİNƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR

09.02.22. Oxunma sayı: 312 NEKROLOQ
AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunun Baş rəssamı, Əməkdar rəssam, müasir Azərbaycan miniatür sənətinin tanınmış nümayəndəsi Fəxrəddin Əli 84 yaşında vəfat etmişdir.

Fəxrəddin Əli 1938-ci il mayın 10-da Qərbi Azərbaycanın Nüvədi kəndində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir.
Fəxrəddin Əli 1974-cü ildən AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunda işləyirdi. Rəssam M.Şəhriyarın "Heydərbabaya salam"ına, "Dədə Qorqud"a, Nizami Gəncəvinin "Xəmsə"sinə, Əssar Təbrizinin "Mehr və müştəri"sinə, Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b. sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkilmiş miniatürlərin, "Şəhidlər" xalçasının, görkəmli şəxsiyyətlərin portretlərinin, Türkiyə mövzusunda əsərlərin və bir neçə kitabın, o cümlədən "Azərbaycan muğamı miniatürdə" adlı kitabın müəllifidir.
Onun "Kitabi-Dədə Qorqud" mövzusunda, eləcə də Xaqani, Tusi, Füzuli, Vaqif və digər klassiklərin əsərləri əsasında işlədiyi miniatürlər və Azərbaycan mədəniyyət xadimlərinin portretləri Əlyazmalar İnstitutunda saxlanılır.

İnstitutun Baş rəssamı Fəxrəddin Əlinin vəfatından kədərləndiyimizi bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.
OXŞAR XƏBƏRLƏR:

27.08.21 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI VƏFAT ETMİŞDİR
08.04.21 AZƏRBAYCAN ELMİNƏ AĞIR İTKİ ÜZ VERMİŞDİR
23.07.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI DÜNYASINI DƏYİŞİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla