OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ ONLAYN KONFRANSDA MƏRUZƏ EDİB
07.02.22. Oxunma sayı: 440 TƏDBİRLƏR
6 fevral tarixində Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Kompleksinin təşkilatçılığı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar “Dahilərimiz və Tariximiz” mövzusunda onlayn qaydada Beynəlxalq elmi konfrans keçirilib. Onlayn iclası giriş nitqi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri Mahir Qəhrəmanov açıb, konfransın işinə uğurlar diləyib.
Daha sonra konfransın moderatoru Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Kompleksi filialının müdiri Gülnarə İsmayılova çıxış edərək onlayn beynəlxalq tədbirin “Şuşa ili”nə həsr olunduğunu nəzərə çatdırıb.
Konfransda ilk məruzə edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə “Molla Pənah Vaqifin həyat və yaradıcılığı ilə bağlı rəvayətlər” mövzusunda çıxış edib. Məruzəçi çıxışında qeyd edib ki, M.P.Vaqiflə bağlı rəvayətlərin toplanması işi XIX əsrdə başlasa da, XX əsrdə daha intensiv xarakter alıb. Bildirib ki, Mirzə Fətəli Axundzadə, Əhməd bəy Cavanşir, Hüseyn Əfəndi Qayıbov və digərlərinin qeydlərində, Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqatlarında, Salman Mümtazın məqalələrində bu rəvayətlərə geniş yer verilib.
Konfransda həmçinin Konyadan Selçuk Universitetinin fars dili və ədəbiyyat müəllimi, professor Dr. Ali Temizelin “Mövlanənin aforizmləri və insanlara olan nəsihətləri”, Bakıdan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, fil.ü.f.d. Aygün Bağırlının “Xurşidbanu Natəvanın parlaq obrazı Azərbaycan ədəbiyyatının səhifələrində”, Gəncədən Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsal İsgəndərlinin “Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı” başlıqlı məruzələri dinlənilib.
Qeyd edək ki, onlayn konfransda Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Gəncə şəhər və Samux rayon Heydər Əliyev Mərkəzlərinin əməkdaşları, Selçuk Universitetinin və Gəncə Dövlət Universitetinin tələbələri, Gəncə şəhər və Samux rayon qoruqlarının əməkdaşları da aktiv iştirak ediblər.

23.11.21
“NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
20.09.21
ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ GƏNCƏDƏ NİZAMİŞÜNASLARLA KEÇİRİLƏN GÖRÜŞDƏ MƏRUZƏ EDİB
30.12.20
AMEA İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN HESABATI DİNLƏNİLİB
02.12.20
AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB