ZƏKİYYƏ ƏBİLOVANIN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ZƏKİYYƏ ƏBİLOVANIN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB

02.02.22. Oxunma sayı: 388 YUBİLEYLƏR, ƏLAMƏTDAR TARİXLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, Zəkiyyə Əbilovanın 60 illik yubileyi qeyd olunub.
Tədbiri giriş nitqi ilə açan İnstitutun baş direktoru, akademik Teymur Kərimli yubilyara Əlyazmalar İnstitutunun Fəxri Fərmanını təqdim edib, ona yaradıcılıq fəaliyyətində uğurlar diləyib. Daha sonra İnstitutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə tədbir iştirakçılarına yubilyar haqqında qısa məlumat verib.
Tədbirdə İlahiyyat Universitetinin prorektoru, fəlsəfə ü.f.d. Mirniyaz Mürsəlov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, fil.e.d., prof. Fərman Xəlilov (onlayn şəkildə), Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti, fil.ü.f.d. Heybət Heybətov, Əlyazmalar İnstitutunun icraçı direktoru, fil.e.d., dosent Paşa Kərimov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d., prof. Kamandar Şərifov, Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d. Nəsib Göyüşov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix e.d. Tahirə Həsənzadə, Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Esmira Cavadova, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimova və həmin şöbənin elmi işçisi Tahirə Əliyeva çıxış edərək yubilyara öz ürək sözlərini və təbriklərini çatdırıblar.
Sonda Zəkiyyə Əbilova tədbir iştirakçılarına və gələn qonaqlara öz təşəkkürünü bildirib.
Tədbir boyunca İnstitutun əməkdaşlarının hazırladığı yubilyarın fotoşəkillərindən ibarət videoçarx nümayiş olunub.
Qeyd edək ki, Zəkiyyə Əbilova ölkəmizdə dinşünaslıq ixtisası üzrə fəlsəfə doktoru müdafiə edən ilk qadın, ilahiyyat sahəsində elmlər doktoru dissertasiyası müdafiə edən ilk alimdir.


OXŞAR XƏBƏRLƏR:

18.01.20 MƏNƏVİ İRSİMİZİN YORULMAZ TƏDQİQATÇISI
10.08.19 YAZILI ABİDƏLƏRİN, MEMUAR ƏDƏBİYYATIMIZIN YORULMAZ TƏDQİQATÇISI
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
02.10.18 AKADEMİK TEYMUR KƏRİMLİ-65

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla