İNSTİTUT ƏMƏKDAŞLARININ ELMMETRİK MƏLUMAT BAZASI YARADILIB
29.01.22. Oxunma sayı: 313 MÜHÜM XƏBƏRLƏRAMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunda Elmmetrik Məlumat Bazası yaradılıb. Elektron baza İnstitutun alim və mütəxəssislərin elmi tədqiqat və nəşr fəallığının elmmetrik göstəricilərini (1950-2021-ci illər üzrə) geniş istifadəçi kütləsinə çatdırmaq, əməkdaşların İnstitutda işlədikləri dövrdə nəşr olunmuş, müdafiəyə çıxarılmış əsərləri haqqında bibliometrik məlumat vermək məqsədilə yaradılıb. Bu istiqamətdə 2019-cu ildən etibarən aparılan işlərin nəticəsində bazaya 70 ildən artıq müddət ərzində işıq üzü görmüş 7 minə yaxın əsərin ümumiləşdirilmiş elmmetrik məlumatı və biblioqrafik təsviri daxil edilib.
Bazanın biblioqrafik tərkibi kitablar, o cümlədən monoqrafiyalar, müəllif əsərləri, tərcümələr, transliterasiyalar, dərs vəsaitləri, kataloqlar, biblioqrafiyalar, arxiv təsvirləri, jurnal məqalələri, mətbu məqalələr, məruzə və tezislər, müqəddimələr, çıxışlar, dissertasiya işləri və avtoreferatlar haqqında məlumatlardan ibarətdir. Hazırda elektron bazaya yeni materialların (2020-2021-ci illərdə nəşr olunmuş əsərlərin biblioqrafik təsvirlərinin) daxil edilməsi işi aparılır.
Maraqlananlar Elmmetrik Məlumat Bazası ilə https://www.manuscript.az/ek/ ünvanında tanış ola bilərlər.
01.04.21
ƏLYAZMALAR İNSTİTUTU ELMİ TƏDQİQATLARIN İDENTİFİKASİYASI ÜZRƏ QLOBAL REYESTRƏ DAXİL EDİLİB
29.05.20
“ƏLYAZMALAR YANMIR” JURNALI BEYNƏLXALQ İNDEKSLƏŞDİRMƏ BAZASINA DAXİL EDİLİB
28.12.19
AMEA-NIN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.12.19
İLHAM ƏLİYEV GERÇƏKLİYİ
31.05.18
MƏHƏMMƏD FÜZULİ “DİVAN”ININ “DÜNYA YADDAŞI” BEYNƏLXALQ REYESTRINƏ DAXİL EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB