ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB

19.01.22. Oxunma sayı: 220 TƏDBİRLƏR
Bu gün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Öncə 20 Yanvar şəhidlərinin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan elmi müəssisənin icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov çıxışında 20 Yanvar gecəsinin xalqımızın tarixinə qızıl hərflərlə yazılan bir hadisə olduğunu qeyd edib. O, 20 Yanvarı sovet imperiyasının digər xalqları əsarətdə saxlamasına sonuncu cəhd kimi dəyərləndirib və imperiya ambisiyalarının məhz Azərbaycanda qırıldığını söyləyib. Bildirib ki, Azərbaycan xalqının müstəqilliyə qovuşmasında 20 Yanvar şəhidlərinin qəhrəmanlıqları heç bir zaman unudulmayacaq.
Əlyazmalar İnstitututun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə 20 Yanvarın hüzn günü olması ilə yanaşı, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu vurğulayıb. O, 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğıcı və sonrakı qələbələrin ilk müqəddəs səhifəsi kimi xarakterizə edərək, 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını qeyd edib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva çıxışında gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan söz açıb. O, müstəqillik yolunun məhz 20 Yanvarda başladığını, Ulu Öndər Heydər Əliyevin həmin gün Ümummilli Lider kimi xalqın yaddaşında yer aldığını bildirib.
Tədbir çərçivəsində institutun foyesində “Kitabxana və elmi informasiya” şöbəsinin əməkdaşlarının hazırladığı “20 Yanvar - Ümumxalq Hüzn Günü”nə həsr olunmuş kitab sərgisi nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR:

27.03.21 ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
17.01.20 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVAR FACİƏSİNİN 30-CU İLDÖNÜMÜ QEYD EDİLİB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla