OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMAŞÜNASLIQ TƏDQİQATLARININ ELMMETRİYASI SAHƏSİNDƏ İLK MONOQRAFİYA
01.01.22. Oxunma sayı: 525 NƏŞRLƏRAMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovun müəllifi olduğu “Əlyazmaşünaslıq tədqiqatlarının elmmetriyası” adlı monoqrafiya nəşr olunub. Monoqrafiyanın elmi rəyçisi AMEA-nın həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədovadır. Müəllifin sayca dördüncü monoqrafiyasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alim və mütəxəssislərinin 1950-2020-ci illərdəki elmi-tədqiqat və nəşr fəallığı ilk dəfə müxtəlif kəmiyyət-keyfiyyət göstəricilərinə əsasən elmmetrik təhlilə cəlb olunub, milli əlyazmaşünaslıqda (paleoqrafiyada) prioritet istiqamətlər müəyyənləşdirilib. Tədqiqat zamanı alim və mütəxəssislərin yalnız həmin müəssisədə işlədikləri dövrdə işıq üzü görmüş əsərlərinin göstəriciləri nəzərə alınıb. Kitabda elmmetrik göstəricilərə istinad etməklə dünya elmi nəşrlərində Azərbaycan əlyazmaşünaslığının mövqeyi qiymətləndirilib, elmi-tədqiqat nəticələrinin təhlilinə əsasən əlyazmaşünaslığa aid aktual elmi axınlar, tədqiqat ideyaları izlənilib. Bununla yanaşı, əlyazmaşünaslıq tədqiqatlarının elmmetrik inkişafı üçün nəzəri və praktik tövsiyələr verilib, perspektivlər təsbit olunub.
27.12.19
NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
18.06.19
Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
13.07.18
ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB