NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANSIN MATERİALLARI ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu

  İNSTİTUT ƏMƏKDAŞLARININ ƏSƏRLƏRİNİN ELEKTRON KATALOQU    


NİZAMİ GƏNCƏVİNİN 880 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANSIN MATERİALLARI ÇAPDAN ÇIXIB

08.12.21. Oxunma sayı: 281 NƏŞRLƏR / NİZAMİ-880
22 noyabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda keçirilmiş, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi: sələflər və xələflər – Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda elmi-nəzəri konfransın materialları toplu halında nəşr olunub.
Topluda Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami irsinin öyrənilməsinin əhəmiyyəti”, icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimovun “Səfəvilər dövrü Azərbaycan ədəbiyyatında Nizami təsiri”, şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamandar Şərifovun “Nizaminin Misirdəki əlyazmaları” və digər institut əməkdaşlarının məruzələrinin tezisləri ilə yanaşı, bir sıra Nizamişünas tədqiqatçıların dahi şairin yaradıcılığına, onun fəlsəfi, elmi baxışlarına, humanist düşüncələrinə, əsərlərinə bəstələnən musiqilərə, əlyazma nüsxələrinə və s. dair araşdırmalarının nəticələrini əks etdirən tezislər də yer alıb.
Qeyd edək ki, konfrans materialları akademik Teymur Kərimlinin sədrlik etdiyi təşkilat komissiyasının yekun rəyi və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.
Toplunu əldə etmək istəyənlər Əlyazmalar İnstitutunun baş meneceri Qurban Hümbətova müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR:

14.04.21 “NİZAMİ GƏNCƏVİ VƏ AZƏRBAYCAN XALQ YARADICILIĞI” KİTABI İŞIQ ÜZÜ GÖRÜB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla