ƏLYAZMALAR İNSTİTUTUNDA “QARABAĞIN ƏDƏBİYYAT SƏHİFƏLƏRİNDƏ MƏCLİSİ-ÜNS” ADLI ELMİ-ƏDƏBİ KONFRANS KEÇİRİLİB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNDA “QARABAĞIN ƏDƏBİYYAT SƏHİFƏLƏRİNDƏ MƏCLİSİ-ÜNS” ADLI ELMİ-ƏDƏBİ KONFRANS KEÇİRİLİB

07.12.21. Oxunma sayı: 132 TƏDBİRLƏR
7 dekabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə “Qarabağın ədəbiyyat səhifələrində Məclisi-üns” adlı elmi-ədəbi konfrans keçirilib. Tədbiri giriş nitqi ilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açıb.
Konfransda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun İlkin yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Raqub Kərimov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi Cavid Əliyev məruzə ediblər.
Məruzəçilər Qarabağın ədəbi-mədəni keçmişi, XIX əsr ədəbi məclisləri və muğam-sənət tarixi, Qarabağ atları, Qarabağ müharibəsi ədəbiyyatda, XX əsr kino sənətində Qarabağ mövzuları ətrafında çıxış edərək, qarabağşünaslığın yeni nailiyyətləri ilə konfrans iştirakçılarını tanış ediblər. Tədbirdə Qarabağ ədəbi mühitinin yetirmələri olan M.P.Vaqif, X.B.Natəvan, Q.Zakir, B.Şakir, M.Məmai, N.Vəzirov, Ə.Haqverdiyev və başqalarının yaradıcılığı daha çox diqqət mərkəzində olub. “Məclisi-üns”, “Məclisi-fəramuşan” ədəbi məclislərinin əlyazma nüsxələri haqqında da ətraflı məlumat verilib.
Konfrans çərçivəsində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun hazırladığı “Qarabağın ədəbi-mədəni mühiti əlyazmalarda” adlı sərgi və Əlyazmalar İnstitutunun əməkdaşlarının Qarabağa dair nəşrləri də nümayiş olunub.



OXŞAR XƏBƏRLƏR:

23.11.21 “NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla