AKADEMİK TEYMUR KƏRİMLİ XALQ ŞAİRİ ANARIN “SÖZ DÜNYASI” HAQQINDA » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİ XALQ ŞAİRİ ANARIN “SÖZ DÜNYASI” HAQQINDA

06.12.21. Oxunma sayı: 90 MEDİA / PUBLİSİSTİKA
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Ədəbiyyat qəzeti”nin “Müzakirə saatı”nda Xalq yazıçısı Anarın “Söz dünyası” ikicildliyi haqqında aparılan müsahibədə iştirak edib.
Alim müsahibəsində Anarın görkəmli yazıçı olması ilə yanaşı, onun ensiklopedik zəka sahibi, istedadlı bir dilçi olduğunu vurğulamış, “Söz dünyası” trilogiyasının təkcə Azərbaycan klassik ədəbiyyatını deyil, həm də ümumtürk klassikasını əhatə etdiyini, müəllifin dərin erudisiyasının, ədəbi informasiyasının zəngin genişliyinin onun elmi-bədii publisistikasının özəlliklərindən biri olduğunu qeyd etmiş, əsərlərindəki milliliyin Oğuz-türk sevgisinə bağlılığından irəli gəldiyini, böyük yazıçının yaradıcılığının Qorqudun, Nizaminin, Füzulinin anadilli yaradıcılığı kimi bütöv, bölünməz olduğunu bildirmişdir.
“Müzakirə saatı”nda həmçinin akademik Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, fil.e.d., kulturoloq, tərcüməçi Tofiq Məlikli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, fil.ü.f.d. Azər Turan və fil.e.d. Elnarə Akimova da iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR:

24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
30.01.20 ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla