"ELMI ƏSƏRLƏR” JURNALININ YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu



"ELMI ƏSƏRLƏR” JURNALININ YENİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

05.12.21. Oxunma sayı: 101 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşri olan “Elmi əsərlər” beynəlxalq elmi jurnalının yeni sayı işıq üzü görüb. Jurnalın “Ədəbiyyatşünaslıq, mətnşünaslıq, mənbəşünaslıq” bölməsində “Nizami Gəncəvi irsi Məmməd Səid Ordubadinin araşdırmalarında”, “Azərbaycan atalar sözlərinin ilk toplu nəşri”, “Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan ədəbi mühitində rolu”, “Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsərinin tərcüməsində tekstoloji xüsusiyyətlərin filoloji amillərə təsiri”, “Vilayət Aytan”, “Azər Buzovnalı yaradıcılığından nümunələr dövri mətbuat səhifələrində”, ““Təsrif” əlyazmasında feil məsələləri”, “Molla Cümə əsərlərinin tekstoloji tədqiqi”, “Qarabağın yetirməsi Qəmər Bəyim Şeyda” adlı məqalələr, “Tarix” bölməsində “Amerikalı səyyah Seyid Cəmaləddin Əfqani haqqında” və “Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi” məqalələri, “Kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq” bölməsində isə “Sankt-Peterburq Dövlət Universitetinin fondunda saxlanılan “Oğuznamə” və “Əmsali-Türkanə” əlyazmaları kitabşünaslıq tədqiqatlarında”, “Azərbaycanda kitab məhsullarının tiraj xüsusiyyətləri müstəqillik illərində” adlı məqalələr yer alıb.
Jurnalda, həmçinin institutda keçirilən beynəlxalq, eləcə də ümumrespublika səviyyəli elmi konfranslar, elmi tədqiqat müəssisəsinin beynəlxalq əməkdaşlıq əlaqələri, burada təşkil olunan kitab təqdimatları, sərgilər, yubiley tədbirləri və təltiflər, institutun alim və mütəxəssisləri tərəfindən nəşrə hazırlanan yeni kitablar və s. mühüm hadisələr haqqında məlumatlar, institutda mühafizə olunan qədim əlyazmaların elektronlaşdırılması və əldə olunan yeni əlyazma nüsxələri ilə bağlı bilgilər oxucuların diqqətinə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR:

01.03.21 “ELMİ ƏSƏRLƏR” JURNALININ NÖVBƏTİ SAYI ÇAP OLUNUB
12.10.20 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ 2020-Cİ İLDƏ İLK NÖMRƏLƏRİ NƏŞR OLUNUB
07.03.19 ƏRUZŞÜNASLIĞA DAİR YENİ MONOQRAFİYA
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla