“ƏLYAZMALAR YANMIR” JURNALININ İNGİLİS DİLİNDƏ BURAXILIŞININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu



“ƏLYAZMALAR YANMIR” JURNALININ İNGİLİS DİLİNDƏ BURAXILIŞININ NÖVBƏTİ SAYI İŞIQ ÜZÜ GÖRÜB

05.12.21. Oxunma sayı: 87 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmalar yanmır” adlı beynəlxalq elmi jurnalının ingilis dilində buraxılışının növbəti sayı işıq üzü görüb. Jurnalda institutun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami Gəncəvi demokratizmi klassik dünya ədəbiyyatında keyfiyyətcə yeni fenomen kimi”, elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin “Xosrov və Şirin” poemasında at heykəli obrazı və türk dəfn adətləri”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın “120 il öncə Müsəlman Şərqində ilk qızlar məktəbi”, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin  müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun ““Əncümənara” təzkirəsi və onun təqdim etdiyi Azərbaycan şairləri”, Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayevanın “XX əsr Azərbaycan müxəmməslərinin mövzu dairəsi” məqalələri dərc olunub. Eyni zamanda jurnalın bu sayında digər müəlliflərin təsəvvüf fəlsəfəsi və irfan elmi, qədim Şərq təbabəti və cərrahiyyəsi, orta əsrlər və ən yeni dövr Azərbaycan ədəbiyyatı, klassik Şərq poetikası və aşıq yaradıcılığı, müasir Qərb dilləri və başqa mövzularda maraqlı məqalələri də yer alıb.
Qeyd edək ki, “Əlyazmalar yanmır” jurnalı Publons, WorldCat, Open J-Gate, Scirus (Elsevier), ScienceGate, CiteFactor, InfoBase kimi mühüm beynəlxalq indeksləşdirilmə bazalarına daxil edilmiş və IndexCopernicus beynəlxalq elmmetrik bazasında qeydiyyata alındıqdan sonra yüksək keyfiyyət əmsalı qazanmışdır.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
20.05.19 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ YENİ NÖMRƏLƏRİ NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla