OXŞAR XƏBƏRLƏR:
“NİZAMİ GƏNCƏVİ – 880” ADLI BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
30.11.21. Oxunma sayı: 355 NƏŞRLƏR / NİZAMİ-880
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci ili ölkəmizdə Nizami Gəncəvi ili elan etməsi ilə əlaqədar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda cari il ərzində müxtəlif silsilə tədbirlər keçirilib, institutun alim və mütəxəssisləri tərəfindən bir-birindən maraqlı yeni nəşrlər hazırlanıb, o cümlədən “Nizami Gəncəvi – 880” adlı biblioqrafiya işıq üzü görüb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının iclasının qərarı ilə çap olunan biblioqrafiyanın baş elmi məsləhətçisi və ön sözün müəllifi institutun baş direktoru, akademik Teymur Kərimli, tərtibçisi Biblioqrafiyaşünaslıq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir. Yeni nəşrin elmi redaktorları institutun şöbə müdirləri, kitabşünas mütəxəssislər Firəngiz Hüseynova və Qutiyera Cəfərova, sahə redaktoru isə institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.
Biblioqrafiyada söz səltənətinin sultanı Nizami Gəncəvinin həyatı və ölməz yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitab və monoqrafiyalar, dahi şairin yaradıcılığının tədqiqinin nəticəsi olan dissertasiyalar, eyni zamanda dövrü mətbuatda dərc edilmiş materiallar haqqında məlumatlar yer alıb. Yeni nəşrdə, həmçinin Nizami yaradıcılığının dünya müstəvisində tədqiqi və ədibin qələmə aldığı əsərlərin dünya ədəbiyyatının inkişafına təsiri barədə materialların təsviri isə müvafiq bölmələrdə öz əksini tapıb. Alim və mütəxəssislər, tədqiqatçılar, eləcə də nizamisevərlər üçün nəzərdə tutulmuş kitabın hər bölməsində materiallar xronoloji qaydada təqdim olunub.

23.11.21
“NİZAMİ GƏNCƏVİ İRSİ ƏLYAZMALARDA, MİNİATÜRLƏRDƏ VƏ MUSİQİDƏ”MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLİB
27.12.19
NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18
FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB