AKADEMİK TEYMUR KƏRİMLİNİN “NİZAMİ DÜHASININ MÜKƏMMƏL ELMİ TƏQDİMATI” SƏRLÖVHƏLİ MƏQALƏSİ DƏRC OLUNUB » Əlyazmalar İnstitutu

  ELEKTRON MƏLUMAT BAZASI    


AKADEMİK TEYMUR KƏRİMLİNİN “NİZAMİ DÜHASININ MÜKƏMMƏL ELMİ TƏQDİMATI” SƏRLÖVHƏLİ MƏQALƏSİ DƏRC OLUNUB

12.11.21. Oxunma sayı: 285 MEDİA / PUBLİSİSTİKA / NİZAMİ-880
Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Nizami dühasının mükəmməl elmi təqdimatı” sərlövhəli məqaləsi “Azərbaycan” qəzetinin yeni sayında dərc olunub.
Məqalə XII əsr Şərq intibahının görkəmli nümayəndəsi, ensiklopedik zəka sahibi Nizami Gəncəvinin 880 illik yubiley tədbirləri çərçivəsində yazılıb nəşr edilən akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı tanıtma kitabı haqqındadır. Məqalədə qeyd olunur ki, bu kitab Azərbaycan, türk, ingilis, rus, alman, Çin, polyak, gürcü, Ukrayna və bolqar dillərində nəşr olunmuş, yeni bir elmi üslubun başlanğıcını qoyan monoqrafik əsərdir.
Akademik Teymur Kərimlinin sözlərinə görə, bu cür qiymətli tədqiqatlar dahi Nizamini bütün dünyaya bir daha tanıtmağa, onun əsərlərindəki yüksək humanist idealları yenidən qiymətləndirməyə və onların çağdaş əhəmiyyətini daha qabarıq şəkildə vurğulamağa yol açır.
Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
OXŞAR XƏBƏRLƏR:

14.04.21 “NİZAMİ GƏNCƏVİ VƏ AZƏRBAYCAN XALQ YARADICILIĞI” KİTABI İŞIQ ÜZÜ GÖRÜB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla