OXŞAR XƏBƏRLƏR:
ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ DAŞKƏNDDƏ NİZAMİYƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANSDA MƏRUZƏ EDİBLƏR
05.11.21. Oxunma sayı: 352 EZAMİYYƏLƏR / NİZAMİ-880
5 noyabr 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli və həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində təşkil olunan “Ruhi-mənəvi körpülər: Nizamidən Nəvaiyə” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak ediblər. Əvvəlcə akademik Teymur Kərimli universitetin rektoru, filologiya elmləri namizədi, dosent Gülçöhrə Rixsiyeva ilə görüşüb. Akademik rəhbərlik etdiyi institutun Özbəkistanda fəaliyyət göstərən elmi-tədqiqat və ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri haqqında rektora məlumat verib. Sonra hər iki təşkilatın rəhbəri gələcək əməkdaşlıq perspektivləri haqqında müzakirə aparıblar. Görüşdə Əlyazmalar İnstitutunda Nizamişünaslıq sahəsində aparılan elmi araşdırmaların yekunu olan ən yeni kitablardan bir neçəsi Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin kitabxanasına hədiyyə edilib.
Daha sonra akademik Teymur Kərimli konfransın plenar iclasında “Nizami demokratizmi dünya ədəbiyyatında keyfiyyətcə yeni hadisədir” mövzusunda, dosent Əzizağa Nəcəfzadə isə bölmə iclasında “Klassik İslam Şərqi ədəbiyyatında insanpərvərlik ənənəsi: Nizami və Nəvai yaradıcılığı kontekstində” mövzusunda məruzə ediblər.
Qeyd edək ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən təşkil olunub.

27.03.21
ƏLYAZMALAR İNSTİTUTUNDA ELM GÜNÜNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİRİLİB
02.12.20
AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
23.01.20
AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19
HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
07.05.18
HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU